Azərbaycanda çörək bahalaşacaq - Xəbərdarlıq

13 noyabr 2019
Azərbaycanda çörək bahalaşacaq - XəbərdarlıqXəbər verdiyimiz kimi, qonşu Qazaxıstanda un və un məmulatlarının noyabrın əvvəllərindən etibarən kəskin bahalaşması müşahidə olunur. Hazırda taxıl keçən il ilə müqayisədə 2 qat bahalaşıb.

Azərbaycanın ərzaq buğdasını əsasən Qazaxıstan və Rusiyadan idxal etdiyini nəzərə alsaq, qonşu ölkədəki bahalaşmanın bizdə də un və çörəyin qiymətinin artmasına təsiri ola bilərmi?

Savash.org xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiymət artımının olması gözləniləndir:

“Sözsüz ki, Azərbaycan ölkə tələbatının yarıdan çoxunun, bəzi illərdə yarıya qədərini idxal hesabına ödəyir. Bu idxal əsasən Qazaxıstandan, Rusiyadan və bir qismi də Ukraynadan gətirilir. Son zamanlarda Ukraynadan idxal olan buğdanın həcmi azalıb. Bizim əsas idxalçımız Qazaxıstandır. Çünki Rusiyada taxıl bizə uzaq ərazilərdə əkilir. Qazaxıstanın daxili bazarında buğdanın qiyməti bahalaşacaqsa, bu ixraca da təsir edəcək. İxracın qiyməti artarsa, Azərbaycanda unun qiymətinin artmasına səbəb olacaq. Bəzən hökumətin daxili bazara çıxartdığı məhsulun qiyməti ixracdan o qədər ucuz olur ki, daxili bazarda onun qiymətinin artırılması ixraca o qədər də təsir eləmir. Misal gətirim, Azərbaycanda təbii qazın 1000 kub metri xaricə 300-350 dollara satılır, amma ölkə daxilində qazın 1000 kub metrini limitlə 100, limitsiz 200 manata alırıq. Mən Qazaxıstanda buğdanın daxili bazarda qiymətini bilmədiyim üçün bu ehtimalı deyirəm ki, daxili bazar ilə ixrac arasında fərq böyük olduğundan ola bilsin ki, daxili bazardakı qiymət artımı ixraca az təsir eləsin. Amma hər halda müəyyən təsirlər olacaq”.

İqtisadçı bazardakı mövcud vəziyyətin də bahalaşmaya səbəb ola biləcəyini deyib:

“Ola bilər ki, orda ixrac qiyməti nə qədər artarsa, burda da ona adekvat və ya daha çox artım olsun. Bir şeyi də nəzərə almaq lazımdır ki, bizdə idxalda ciddi monopoliya var. Həmin monopoliyalar iqtisadi əsası olmayan artımlarda psixoloji təsir ilə də qiyməti artırırlar. Mətbuatda artımla bağlı məlumatlar yayıldıqda artıq onların əlində fürsət yaranır. Monopolistin rəqibi yoxdur, o, bazarı itirməkdən ehtiyat etmir. Azərbaycan iqtisadiyyatının bir özəlliyi də odur ki, ixracatda qiymət artımı olmasa belə, psixoloji informasiyalar əsasında bizim idxalçılar qiyməti qaldıracaq. Buna hökumət müəyyən mexanizmlər əsasında mane ola bilər".
Xəbəriniz olsun

10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ

10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb

10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA

10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ

10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib

09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi

09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti

09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."

09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı

09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI