Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir

14 noyabr 2019
Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir
2014-cü ilin avqust ayından etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla yola vermək olur. Ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır.
Rayonun imamı Nəriman Nəsirov deyir ki, 2014-cü ildən hal-hazıra kimi rayonun ərazisində 1400-dən çox yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 10 milyon manata yaxın vəsaitə qənaət olunub ki, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.
Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilirRayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işlərini də yerinə yetirirlər.
Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir
Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar.
Xəbəriniz olsun

10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ

10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb

10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA

10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ

10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib

09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi

09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti

09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."

09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı

09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI