İlham Əliyev Azərbaycan Xalq Cəbhəsindən danışdı

14 noyabr 2019
İlham Əliyev Azərbaycan Xalq Cəbhəsindən danışdı“Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinə nail olub, ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi”.

Savash.org-un məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı: “Azərbaycan dərin böhrana düçar oldu. Ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi. Bir ildən sonra öz liderinə üz tutub, Heydər Əliyevi hakimiyyətə dəvət edib, ona ölkənin gələcəyini etibar edib".

Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı: “İşğal altındakı bəzi torpaqları Azərbaycan geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu".
Xəbəriniz olsun

10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ

10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb

10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA

10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ

10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib

09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi

09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti

09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."

09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı

09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI