Deputatın səlahiyyətinə xitam verilir: “Artıq Milli Məclisə müraciət etmişəm”

Bu sözləri Modern.az saytına açıqlamasında Yasamal rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan deputat Elşad Həsənov deyib. O qeyd edib ki, qanunvericilik çərçivəsində prosedur qaydaları yerinə yetiriləcək:
“Bildiyiniz kimi, qanunvericiliyə əsasən, deputat icra hakimiyyəti orqanlarında vəzifə tutduqda səlahiyyətlərinə xitam verilir. İcra başçısı təyin edildikdən sonra bununla bağlı Milli Məclisə müraciət ünvanlamışıq. Prosedur qaydalarına uyğun olaraq, Milli Məclisin təqdimatı ilə məsələ Mərkəzi Seçki Komissiyasına göndəriləcək”.
Qeyd edək ki, 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı olan Elşad Həsənov Prezident İlham Əliyev sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək
10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...
10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ
10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb
10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi
10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA
10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar
10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı
10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ
10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib
09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam
09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi
09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti
09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."
09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı
09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI