Qarabağ döyüşçüsü: “Məni icra başçısı döyüdürüb” – VİDEO

15 noyabr 2019
Qarabağ döyüşçüsü: “Məni icra başçısı döyüdürüb” – VİDEOQarabağ veteranı, ehtiyatda olan kapitan Güləli Fərziyevə Nizami Rayon İcra Hakimiyyətinin qarşısında təzyiq edilib. Bu barədə ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, noyabrın 13-də ehtiyatda olan kapitan Güləli Fərziyev Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında döyülüb.

“Hadisə 13 noyabr 2019-cu il tarixində saat 15 radələrində baş verib. Videoya baxın, faktiki bu cür vəhşilik və özbaşınalıq həyata keçirilib. Məlumat üçün bildirirəm ki, ehtiyatda olan kapitan Güləli Fərziyev Qarabağ savaşının ən ağır dönəmlərində Füzuli döyüş briqadasının tərkibində mənim tabeçiliyimdə olmuş zabitdir və mərhum prezident, Ali Baş Komandan Heydər Əliyev tərəfindən şəxsən ön xətdə, səngərdə 1994-cü ildə mükafatlandırılmış zabitlərdən biridir. Tabeçiliyimdə olduğuna görə bu zabiti vicdanlı, bacarıqlı və şəxsi heyətə daim diqqətlə yanaşan biri kimi tanımışam”, – ekspert yazıb.

Polkovnik-leytenant hadisə ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini deyib: “Hesab edirəm ki, bu hadisə təkcə Güləli Fərziyevə qarşı deyil, Silahlı Qüvvələrimizin ən sanballı hərbi hissələrindən biri olmuş, Horadiz əməliyyatını Azərbaycan xalqına bəxş etmiş briqadanın bütün şəxsi heyətinə qarşı bir vandal, tərbiyəsiz hərəkətdir. Ona görə də üzümü Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova, həmçinin əlaqədar hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə tutaraq deyirəm: durdurun bu tərbiyəsizləri. Ən sərt şəkildə cəzalandırılmalıdır bu cür harın, tərbiyəsiz məmurlar. İnanıram ki, yaxın günlərdə bu müraciətimizə DİN-in rəhbər şəxsləri ciddi şəkildə reaksiya verəcəklər”.

Hərbi eskpert olayla bağlı Füzuli döyüş briqadasının şəxsi heyətinə də müraciət edib: “Füzuli döyüş briqadasının bütün şəxsi heyətinə komandanlıq adından müraciət edirəm. Heç kimi Sizin haqqınızı poza və Sizi incidə bilməz. Biz komandirlər Sizlərin həm döyüşlər zamanı, həm də mülki həyatda hər zaman yanınızdayıq. Sinəsi orden-medallarla dolu olan müharibə veteranları, hərbyönümlü təşkilatların rəhbərlərinə müraciət edirəm. Niyə səsinizi qaldırmırsınız? Niyə döyüş yolu keçmiş bir hörmətli zabiti müdafiə etmirsiniz? Tanıdığım və tanımadığım bütün dostlarımızdan ərkiyanə həm xahiş, həm də tələb edirəm ki bu qeydləri həm paylaşsınlar, həm də öz münasibətlərini etika çərçivəsində bildirsinlər. Qarabağ müharibəsinin ən ağır dönəmlərində əziyyəti olan hər bir əsgər və zabit mənim üçün əziz və doğmadır. İmkanımız və gücümüz çatdığı çərçivələrdə biz onları qorumalıyıq və qoruyacağıq”.
arqument.az
Xəbəriniz olsun

12.12.2019 - Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri