Fransada saxlanılan söyüş söyən mühacir: “Məni Azərbaycanda işgəncə və ölüm gözləyir”

15 noyabr 2019
Fransada saxlanılan söyüş söyən mühacir: “Məni Azərbaycanda işgəncə və ölüm gözləyir”“Fransada da qalmaq iznim var. Ancaq bir neçə gün əvvəl səhər tezdən qaldığım evə gəlib dedilər, Dublin sazişinə əsasən sən gəldiyin ölkəyə qayıtmalısan. Hazırda Almaniyada mühacirlərin saxlanıldığı düşərgədəyəm. Burda görüntülü telefondan istifadayə qadağa olsa da, adi telefonlarla əlaqə saxlamağa icazə verirlər”.

Bunu hazırda Almaniyada mühacirlər düşərgəsində (kamp) olan Rəfael Piriyev Meydan TV-yə deyib.

R.Piriyev bildirib ki, məhkəmə olsa da, rədd cavabı veriblər: “Çünki tərcüməçi olmadığından türk tərcüməçi gətirdilər, amma mən də türk dilini tam bilmirəm, elə şeylər var ki, onu türkcə anlatmaq qeyri-mümkündür. Saxlanıldığım düşərgə elə bir yerdir ki, ya sənin haqqında qərar qəbul edib saxlayırlar, oturum verirlər, ya da həmişəlik Azərbaycana göndərirlər. Mənim Azərbaycana göndərilmək təhlükəm var, çünki bura deport olunanların kampıdır. Yəni bura elə bir yerdir ki, məhkəmə olur, ölkədə saxlanılmağın haqda qərar qəbul edir, ya da deport edirlər. Əks təqdirdə, məni sərbəst buraxardılar, bura gətirməzdilər. Hazırda heç yerə buraxmırlar ki, özümə vəkil tutam, yaxud əlavə sübutlar verim. Burda tək mən deyiləm, başqaları da var. Məni Azərbaycana qaytarsalar, işgəncə və ölüm gözləyir. Kənarda olan dostlarımdan dəstək gözləyirəm”.

Xatırladaq ki, R.Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Azərbaycan hökuməti və müxalifəti barədə təhqiramiz çıxışları ilə tanınır.
Xəbəriniz olsun

12.12.2019 - Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri