Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı

17 noyabr 2019
Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı
Ötən şənbə günü, noyabrın 16-da Praqada yüz minlərlə çexiyalı küçələrə çıxaraq baş nazir Andrey Babişin istefasını tələb edib.

Virtualaz.org Avropa KİV-lərinə istinadən xəbər verir ki, Parqanın mərkəzi Letna parkında baş tutan aksiyada təşkilatçıların bildirdiyinə görə, 300 mindən çox toplaşıb. Polis aksiyaçıların sayının 200 mini keçdiyini bildirir.

Mitinq müxalifətdə olan “Demokratiya üçün milyon an” hərəkatı tərəfindən təşkil olunub, iştirakçılar əllərində Avropa İttifaqının və Çexiyanın bayraqlarını tutublar. Aksiya korrupsiyaya qarşı mübarizə və Avropada birlik şüarları altında keçirilib. Aksiya iştirakçıları tələb ediblər ki, milyarder baş nazir ya öz biznes strukturlarını satmalıdır, ya da dekabrın 31-nə qədər istefa verməlidir. Əks halda onu yeni və davamlı etiraz aksiyaları gözləyir.

Andrey Babiş “Narazı vətəndaşlar aksiyası” (ANO) hərəkatının lideridir və 2017-ci ildə parlament seçkilərində populist şüarlarla qalib gələrək baş nazir olub. “Forbes” jurnalının bildirdiyinə görə, 2018-ci ildə Babişin sərvəti 4.3 milyard dollar idi. O, “Agrofert” aqrokimya holdinqinin və bir neçə KİV-lərin sahibidir. Babişə qarşı ilk izdihamlı aksiya bu ilin iyun ayında keçirilmişdi.

64 yaşlı Babiş Slovakiyada anadan olub və orada böyüyüb. Həmin ölkədə Babişə qarşı kommunist rejimi və KQB ilə əməkdaşlıq ittihamı ilə təhqiqat aparılıb. Mitinqçiləri diqqəti buna yönədiblər ki, təhqiqat hələ də açıq qalır. Habelə Avropa İttifaqı Babişə qarşı maraqların toqquşması və korrupsiya şübhəsi ilə təhqiqat aparır.

Andrey Babiş habelə "Putinin adamı" hesab edilir və rusiyayönümlü siyasət aparır, Moskvaya simpatiyasını gizlətmir.

Baş nazir Praqadakı izdihamlı aksyaya münasibət bildirib və bunu “sağlam demokratiyanın əlaməti” adlandırıb. “Möhtəşəmdir ki, insanlar öz mövqelərini ifadə edirlər və heç kim onları təqib etmir, heç kim onlara hücum etmir. Və doğrudan da möhtəşəmdir ki, bizdə azad və demokratik seçkilər keçirilir, biz orada öz nümayəndələrimizi seçə bilirik”,-Babiş bunları deyib və sonrakı şərhlərdən yayınıb. Amma bildirib ki, bazar günü Milli muzeydə mövqeyini ətraflı təqdim edəcək. “Ola bilsin sizlər təəcüblənəcəksiniz”,-baş nazir deyib.
Xəbəriniz olsun

12.12.2019 - Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri