İlham Əliyevin maaşla bağlı sərəncamı 30 min müəllimə şamil olunacaq

16 yanvar 2015
İlham Əliyevin maaşla bağlı sərəncamı 30 min müəllimə şamil olunacaqPrezident İham Əliyev müəllimlərin maaşının artırılması ilə bağlı sərəncam verib.

Virtualaz.org xəbər verir ki, sərəncamda bildirilir ki, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilsin:

1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

* * *

Təhsil Nazirliyi Azərbaycanda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə Azərbaycan prezidentinin bu gün imzaladığı sərəncamla bağlı rəsmi açıqlama verib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, bu sərəncam diaqnostik qiymətləndirməyə cəlb olunan 30 minə yaxın müəllimə şamil olunacaq. Bu sərəncamdan irəli gələrək məktəblərdə dərs yükü norması 12 saatdan 18 saata qaldırılacaq. Sərəncam sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil ediləcək.

C. Valehovun sözlərinə görə, bu sərəncam müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək: "Bildiyimiz ki, Azərbaycan dövləti sosial sahəni prioritet elan edib. Prezidentin bu sərəncamı humanist addımdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, müəllimlərin maaşlarının artırılması hesabına müəllimlərimizin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları 2 dəfə artırılacaq. Bu tədbir Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədindən qaynaqlanır. Bu sənədə uyğun olaraq ötən ilin yayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirlməsi həyata keçirilib".
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook