"Deputat seçilsəm..." - Elza Seyidcahan

Savash.org xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib: Bu, məni çox sevindirir ki, xalqımız üçün bu qədər maraqlıyam. Hər zaman bu haqda mənə sula verirlər ki, “Elza xanım, deputatlığa namizədliyinizi verəcəksinizmi”, “Niyə həmişə çalışmışam ki, millət vəkili seçilim”. Həmişə hiss edirəm ki, əsl millət vəkili xalqı sevməlidir.
Əməkdar artist 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürəcəyini deyib: “Bundan əvvəl 2015-ci ildə namizədliyimi irəli sürdüm. Bildiyiniz kimi, şüarım belə idi: ”Nə tez, nə gec, tam zamanında gəldim”. Çox xoşbəxtəm ki, bu yolu getdim. Həmin vaxt əksəriyyət mənə bildirdi ki, bəli, Elza xanım bu yola layiqdir. Şükürlər olsun ki, Allah mənə ağıl, məntiq verib, şəxsiyyətim formalaşıb.
Millət vəkili borcludur ki, ölkə rəhbərliyinin xalq üçün etdiyini xalqa çatdırsın, xalqını, millətini sevsin. Mən xalqımı sevirəm və halal zəhmətim, sevgim ilə onları ruhlandırıram.
Mənim müəllimim Arif Məlikov da zamanında millət vəkili olub. Hazırda Zeynəb Xanlarova da parlamentdədir. İstərdim ki, mən də bir sənətkar kimi deputat seçilim, millətimə, xalqıma layiqincə xidmət edim”.
Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı müraciət edib.
10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək
10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...
10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ
10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb
10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi
10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA
10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar
10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı
10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ
10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib
09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam
09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi
09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti
09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."
09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı
09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI