Ceyhun Bayramovla müavininin xaricdəki biznesi: biri müflis olub, o biri isə...

Savash.org xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, Ceyhun Bayramovun benefisiarı olduğu OMNI LEGAL AND CONSULTANCY SERVICES LTD 2009-cu ildə Virciniya adalarında qeydiyyatdan keçib: "2013-cü ilin yanvarına qədər İsveçrədə fəaliyyət göstərib. Panama sənədlərinə görə, şəriki Roman Alloyarov olub.
Şirkətin iflasından sonra Təhsil Nazirliyi aparatının rəhbəri və təhsil nazirinin müavini vəzifəsində çalışıb, ötən ildən təhsil naziridir".
Jurnalist, nazirlə yanaşı, Təhsil nazirinin müavini Firudin Qurbanovun biznesi ilə bağlı da açıqlama yayıb.
Qeyd edib ki, F.Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə: "Nazir müavininin Slovakiyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə, şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Slovakiyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur.
Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. 2014-cü ilin iyulundan təhsil nazirinin müavinidir".
10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək
10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...
10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ
10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb
10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi
10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA
10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar
10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı
10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ
10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib
09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam
09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi
09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti
09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."
09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı
09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI