Siqaret və içkilər kəskin bahalaşacaq

29 noyabr 2019
Siqaret və içkilər kəskin bahalaşacaqGələn ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulub.

Savash.org xəbər verir ki, bu məsələ bu gün Milli Məclis tərəfindən təsdiq olunmuş “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihənin 190-cı maddə ilə bağlı hissəsinə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,4 manata, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 3,1 manata, spirtsiz energetik içkilərin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manata dəyişdirilir.

Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması nəzərdə tutulur./report
Xəbəriniz olsun

10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ

10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb

10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA

10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ

10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib

09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi

09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti

09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."

09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı

09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI