Əli Həsənova yeni vəzifə verildi

01 dekabr 2019
Əli Həsənova yeni vəzifə verildiBaş nazirin sabiq müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı icmasının idarə heyətinə üzv qəbul edilib.

Savash.org xəbər verir ki, bu barədə məlumatı icmanın idarə heyətinin üzvü, deputat Elman Məmmədov da təsdiqləyib. O qeyd edib ki, Əli Həsənovun idarə heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib:

“Ayın əvvəlində idarə heyətinin iclası çağırıldı. Həmin iclasda Əli Həsənov özü də iştirak edirdi və onun idarə heyətinə üzv qəbul edilməsi təsdiqləndi”.

Əli Həsənov dövlətçilik, idarəçilik, rəhbərlik təcrübəsinə malik insandır. O, Yeni Azərbaycan Partiyasının da sədr müavinidir. Eyni zamanda uzun illər müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərib. O, həmişə Heydər Əliyev siyasətinə sədaqəti ilə seçilib. Onun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü seçilməsi icmanın işinin daha da fəallaşmasına köməkdir”.

İcmadan verilən digər məlumatda isə Əli Həsənovun idarə heyətinə üzvlüyü məsələsinin dekabr ayının sonunda təsdiqlənəcəyi bildirilib:

“Hələlik bu, rəsmi məlumat deyil. Dağlıq Qarabağın Azərbaycanlı icmasının dekabrın sonunda üçüncü qurultayı keçiriləcək. Sözügedən məsələyə həmin qurultayda baxılacaq”.

Qeyd edək ki, Əli Həsənov Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. /modern.az
Xəbəriniz olsun

10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ

10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb

10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA

10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ

10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib

09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi

09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti

09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."

09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı

09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI