Azərbaycan XİN Nikol Paşinyana cavab verdi

02 dekabr 2019
Azərbaycan XİN Nikol Paşinyana cavab verdi
Ermənistan baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək burada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi, torpaqlarımızın hərbi işğalına məhz Emənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti dəfə bariz göstəricisidir.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi və orada qondarma rejimin nümayəndələri ilə görüşlər keçirməsinə münasibət bildirərkən deyib.

L.Abdullayevanın sözlərinə görə, bir müddət öncə Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edən baş nazir Paşinyan, atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiq etmiş oldu:

"Demək ki, oğlu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən, işğal olunmuş ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinə baş çəkib mövcud vəziyyətlə tanış olan, qondarma rejimin nümayəndələri ilə görüşlər keçirib planlar quran N.Paşinyan bəhanələri bir kənara qoyaraq, danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak eməlidir".
Xəbəriniz olsun

10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ

10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb

10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA

10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ

10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib

09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi

09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti

09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."

09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı

09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI