Maqsud Mahmudov haqda ŞOK: İki dəfə psixatriya xəstəxanasından qaçıb

02 dekabr 2019
Maqsud Mahmudov haqda ŞOK: İki dəfə psixatriya xəstəxanasından qaçıbMTN əməliyyatlarından sonra əvvəlcə zərərçəkmiş kimi, sonradan isə müxalifətin qatı "düşməni" kimi gündəmə gələn Mahmudov Maqsud Soltan oğlu barəsində daha bir maraqlı məlumat üzə çıxıb.

Musavat.com-un Mahmudovla bağlı əldə etdiyi eksklüziv məlumata görə o, iki dəfə 1 nömrəli Respublika Psixatriya Xəstəxanasından qaçıb. Ümumilikdə isə Mahmudov həmin xəstəxanaya üç dəfə müalicəyə qəbul edilib.

Maqsud Mahmudov ilk dəfə 1993-cü il iyulun 9-dan 1994-cü ilin 22 martına qədər, ikinci dəfə 1998-ilin 14 martından 1998-ci ilin 6 iyununa qədər xəstəxanada məcburi müalicədə saxlanılıb.

Əldə etdiyimiz rəsmi sənəddə göstərilir ki, Maqsud Mahmudov ikinci dəfə xəstəxanadan qaçıb.

Daha sonra isə Maqsudov 1998-ci ilin 9 iyulunda xəstəxanaya məcburi müalicəyə qəbul edilib. 5 ay sonra Maqsudov xəstəxanadan növbəti dəfə qaçıb.

Məlumata görə, Mahmudovun "dəli" olması və xəstəxanadan "qaçması" onun özünün qurduğu planın bir hissəsidir. Bununla Mahmudov məsuliyyətdən yayınmaq, törətdiyi cinayətlərə don geyindirməyə çalışıb.

Hazırda xeyli zərərçəkmişin axtardığı Mahmudov Almaniyadadır və siyasi fəaliyyətini- "müxalifətin düşməni" rolunu dayandırıb. İndi isə deyir ki, bəzi məmurlar onu sıxışdırırmış...
Xəbəriniz olsun

10.12.2019 - Çexiya Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

10.12.2019 - Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

10.12.2019 - Bu tarixdən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ

10.12.2019 - Polisə tabe olmayan şəxs özünü bıçaqlayıb

10.12.2019 - Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019 - “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Gereraldan AÇIQLAMA

10.12.2019 - Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

10.12.2019 - Zelenski Putinlə danışıqları “heç-heçə” adlandırdı

10.12.2019 - “EuroHome”dakı yanğın zamanı 3 nəfər saxlanldı: OĞURLUĞA GÖRƏ

10.12.2019 - Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib

09.12.2019 - Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

09.12.2019 - İqbal Ağazadə seçki dairəsini müəyyənləşdirdi

09.12.2019 - "Çamadanlarımı artıq yığmışam" - Ançelotti

09.12.2019 - ADP də iştirak qərarı verdi: "Başa düşürəm, demokratik seçki mühiti yoxdur, amma..."

09.12.2019 - ReAL Partiyası 43 namizəd irəli sürəcək – Seçki Dairələri açıqlandı

09.12.2019 - Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI