Nazirlik 20 Yanvara görə pul verdi

19 yanvar 2015
Nazirlik 20 Yanvara görə pul verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Yanvar şəhidləri və əlillərinə müavinət verib.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

Qeyd edək ki, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə ayda 300 manat Prezident təqaüdü təyin olunub. Bundan əlavə, 20 Yanvar əlillərinə - I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü ödənilir. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər verilir.

Bununla yanaşı, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır. Azərbaycan prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunublar.

İndiyədək nazirlik tərəfindən 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook