İran razılaşmanı poza bilər

24 yanvar 2015
İran razılaşmanı poza bilər
"Amerika Birləşmiş Ştatları İrana qarşı yeni sanksiyalar qəbul edəcəyi təqdirdə 6-lıq ölkələri ilə İran arasında nüvə danışıqlarına dair razılaşma olmayacaq". ANS PRESS-in məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda bu barədə açıqlama verib. Nazir qeyd edib ki, tərəflər yekun razılaşmaya yaxın ikən Amerika bu imkandan istifadə etməlidir.

Məhəmməd Cavad Zərif: “ABŞ Konqresinin sanksiyalara dair hər hansı bir yeni qanun layihəsi ötən il Cenevrədə əldə etdiyimiz razılaşmanı pozacaq. Belə olacağı təqdirsə, İran uranın zənginləşdirilməsini daha da artıra bilər. Bu İran parlamentinin verəcəyi qərardan asılıdır. Bu, böyük ehtimaldır. Lakin mən bunların baş verməsini istəməzdim. Çünki inanıram ki, 6-lıq ölkələri ilə razılıq əldə etməyə çox yaxınıq və bu imkanı qaçırmamalıyıq”

Cavad Zərif forumda İrana qarşı indiyə qədər tədbiq olunan sanksiyaların təsirinə dair suallara cavab verib. Nazir qeyd edib ki, İran, əslində, sanksiyaların təsiri nəticəsində deyil, sadəcə, Qərblə münasibətlərin təbiətini və dinamikasını dəyişmək üçün belə bir addım atıb.

Amerika Birləşmiş Ştatları Konqresi İranla iyul ayına qədər yekun razılıq əldə olunmazsa, bu ölkəyə qarşı yeni sanksiyalar nəzərdə tutur. Prezident Barak Obama isə, bu plana qarşı çıxıb. Obama Konqresi yeni sanskiyalara təhrik edən İsrailin baş naziri Benyamin Netanyahuyadan təhriklərinə son qoymağı istəyib.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook