İcra başçısının qəbulunda özünü yandırmaq istəyən şəxs həbs edildi

24 yanvar 2015
İcra başçısının qəbulunda özünü yandırmaq istəyən şəxs həbs edildiİmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasında özünü yandırmağa cəhd edən şəxs 15 sutkalığa həbs edilib.

Virtualaz.org saytının Şirvan bürosunun müxbirinin əldə etdiyi xəbərə görə, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşovun özünü yandırmaq cəhdi İmişli Rayon Məhkəməsi tərəfindən xuliqanlıq əməli kimi qiymətləndirilib və yanvarın 23-də müvafiq hökm çıxarılıb.

İmişli Polis Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən virtualaz.org saytına faktı təsdiqlədilər.

RPŞ-dən Nazim Qardaşovun özünü yandırmağa cəhd etməsi barədəki məlumatları təkzib etsələr də bildirdilər ki, o, İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə cəzalandırılıb və barəsində 15 günlük inzibati həbs tətbiq olunub.

Yada salaq ki, İmişli rayon sakini, İmişli Sosial Müdafiə Mərkəzinin keçmiş işçisi Nazim Qardaşov yanvarın 22-də RİH başçısı Vilyam Hacıyevin qəbulunda olub. O, icra başçısının qəbuluna iş istəməyə gəlibmiş. Xahişinə bu dəfə də müsbət cavab almayan N.Qardaşov öz üstünə benzin tökərək alışqanı çaxmaq istəyəndə alışqan alovlanmayıb. Bundan istifadə edən polislər və digər şəxslər onu zərərsizləşdirə biliblər.

Mənbə xəbər verir ki, Qardaşov benzini öz üstünə çiləyərkən yanacaqdan icra başçısının və polislərin də üstünə tökülüb.

Rayon sakinlərinin bildirdiyinə görə, Nazim Qardaşov 3 il əvvəl İmişli Sosial Müdafiə Mərkəzində aparılan yoxlamalardan sonra işdən azad edilib. Bu illər ərzində işsiz qalıb. Bu səbəbdən də dolanışığı çox ağır imiş.

Üstəlik infarkt keçirən Nazim Qardaşovun səhhətinin ağırlığı onu gündəlik dolanışıq mənbəyi olan şəxsi maşınından taksi kimi istifadə etməsinə də imkan verməyib. Onun oğlu hərbi xidmətdədir, qızı ali məktəb tələbəsi, həyat yoldaşı isə müəllimədir. İmişli RİH başçısı onu işlə təmin etməyə söz versə də problem həllini tapmırmış.
Xəbəriniz olsun

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

16.08.2018 - ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

Facebook