Hafiz Hacıyev: Mən o qızların üzünə tüpürəcəm!

26 yanvar 2015
Hafiz Hacıyev: Mən o qızların üzünə tüpürəcəm!“Qoy həsrət qalsınlar”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin bugünkü buraxılışında aparıcılar Sevinc və Sevil bacılarının Azərbaycan manatını təhqir edən hərəkətə yol verməsinə münasibət bildirib.

Savash.org-un məlumatına görə, Hafiz Hacıyev Oxu.Az-a deyib ki, Sevil-Sevinc bacıları ilə üzbəüz gəlsə onların üzlərinə tüpürəcək.

Partiya sədri qeyd edib ki, onların televiziyada canlı yayımda Azərbaycanın milli manatını cırması Azərbaycan xalqını təhqir etmək deməkdir.

“Biz bilmirik o bacılar hansı barda tərbiyə alıblar, ama onların canlı efirdə milli manatı cırması Azərbaycan Konstitusiyasını, Azərbaycan xalqını təhqir etmək deməkdir. Onlar o tərbiyəyə malikdirlər ki, çıxıb canlı efirdə Azərbaycanın milli manatını cırırlar. O bacıların hələ ki, ölkəmiz üçün bir qəpik də olsun xeyri dəyməyib. Belə şeyləri mən kəskin pisləyirəm”.

Hafiz Hacıyevin sözlərinə görə, Sevil-Sevinc bacıları etdiyi hərəkətlərinə görə, qınaq obyektinə çevrilməlidirlər.

“Onları ümumiyyətlə, televiziyaya, mətbuata buraxmaq lazım deyil, qoy televiziya üzünə həsrət qalsınlar. Kim istəyirsə özünə canlı efirdə müştəri yığsın, amma bu cür hərəkət etdiyi üçün onlar qınaq obyektinə çevrilməlidir.

Getsinlər özlərinə saunalarda, barlarda yer tapsınlar. Sonra baxaq görək onlar özlərini harda reklam edəcəklər. Sevil-Sevinc bacıları bilməlidirlər ki, Azərbaycanı təhqir edən adamın qulağı kəsilir. Ümumiyyətlə, o insanlara salam verməmək, üzlərinə bütün qapıları bağlamaq lazımdır. Onlar el qınağına tuş gəlməlidirlər”.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook