Gəncədəki tibb bacısının meyiti Goranboyda tapıldı

29 noyabr 2014
Gəncədəki tibb bacısının meyiti Goranboyda tapıldıBaş Prokurorluq Gəncədə törədilən qətllə bağlı məlumat yayıb.

Savash.org bildirir ki, həmin məlumata görə, 24 oktyabr 2014-cü il tarixdə itkin düşmüş Gəncə şəhər sakini, Gəncə şəhər Təcili tibbi yardım stansiyasında tibb bacısı işləmiş, 1972-ci il təvəllüdlü Mayılova Svetlana Kamal qızının qəsdən öldürülməsi müəyyən olunub.

Belə ki, noyabrın 28-də şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Ruman oğlu Gəncə şəhər Baş Polis İdarəsinə gələrək, S. Mayılovanı öldürüb meyitini Goranboy rayonu Qaradağlı kəndində valideynlərinə məxsus evin tövləsində basdırdığını bildirib.

Həmin məlumat əsasında şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları dərhal qeyd edilən ünvana gəlib və S. Mayılovanın meyiti R. Əliyevin göstərdiyi yerdə aşkar olunaraq çıxarılıb.

Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, cinayətin törədilməsində şübhəli bilinən R. Əliyev tutulub.

R. Əliyevin deməsinə görə o, S. Mayılovanı oktyabrın 24-də aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bıçaqla qəsdən öldürüb və hadisədən 4 gün sonra cinayəti gizlətmək məqsədilə S. Mayılovanın meyitini atasına məxsus “QAZ-24” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək tövlədə basdırıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook