Pensiyalar nə qədər artdı? - ŞƏRH

28 yanvar 2015
Pensiyalar nə qədər artdı? - ŞƏRHPensiyaların indeksləşdirilməsi haqqında prezidentin sərəncamı nəticəsində Azərbaycanda pensiyaların sığorta hissəsi 1,4% artırılacaq. Qeyd edək ki, yanvarın 26-da Azərbaycan Prezidenti Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb. Fins.az-ın məlumatına görə, sərəncama əsasən pensiyaların sığorta hissəsi və fərdi hesablardakı pensiya kapitalı 2014-cü il üzrə istehlak qiymətləri indeksinə, yəni 2014-cü ildəki inflyasiyaya uyğun olaraq artırılmalıdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən 2014-cü ildə ölkədə inflyasiya 1,4% təşkil edib. Bunu nəzərə alanda pensiyalaın sığorta hisəsi də məhz 1,4% artırılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda pensyalar iki hissədən – baza və sığorta hissəsindən ibarətdir. Pensiyaların baza hissəsi 2013-cü ilin sentyabrından bəri 100 manatdır. Pensiyanın digər hissəsi sığorta hissəsi sayılır. Dövlət başçısının sərəncamı da sığorta hissəsinə aiddir. İndi isə pensiya artımını müxtəlif misallarla izah edək.
Kimsə indiyə qədər 150 manat pensiya alırdısa, bu məbləğdən 100 manat (baza hissə) çıxılır, qalan 50 manatın üzərinə isə 1,4% əlavə olunur. Beləliklə, pensiyaların sığorta hissəsi 70 qəpik artmış olur ki, bu da yeni pensiya məbləğinin 150,7 manat olması deməkdir.
200 manat pensiya alanlar üçün pensiyanın sığorta hissəsi 100 manat təşkil edir (200-100=100 manat). Bu hissə 1,4 manat artacaq və yeni pensiya məbləği 201,4 manat təşkil edəcək.

250 manat pensiya alanlar üçün isə pensiyanın sığorta hissəsi 150 manatdır (250-100=150 manat). Bu hissənin 1,4% artımı real məbləğdə 2,1 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 252,1 manat təşkil edəcək.

300 manat pensiya alanlar üçün isə pensiyanın sığorta hissəsi 200 manatdır (300-100=200 manat). Bu hissənin 1,4% artımı real məbləğdə 2,8 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 302,8 manat təşkil edəcək
Xəbəriniz olsun

18.05.2019 - Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

18.05.2019 - Azərbaycanda 3 ayda 4 min cütlük boşanıb

18.05.2019 - Elxan Məmmədov erməni futbolçuya söz verdi: “Gəlsin, problem olmayacaq...”

18.05.2019 - Bakıda qız süpürgəçi işləyən anasını döyüb, kibritlə yandırdı - VİDEO

18.05.2019 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

17.05.2019 - İTV-dən tərs qoyulan bayraqla bağlı AÇIQLAMA

17.05.2019 - Elinanın anası prezidentə şikayət etdi: "SİZİN NƏZARƏTİNİZ OLMASA..."

17.05.2019 - Azərbaycanda iki rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAM

17.05.2019 - "Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17.05.2019 - Poroşenkoya Ukraynadan çıxmaq qadağan olundu - Siyahıda daha 179 nəfər var

17.05.2019 - Milli Məclisdə “Keşikçidağ” söhbəti

17.05.2019 - Ramil Usubov rəisi vəzifəsindən azad edib, Gəncəyə göndərdi

17.05.2019 - Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki.....

Facebook