Şəhid ailəsinin bankdakı pulu yoxa çıxdı - İNANILMAZ

29 noyabr 2014
Şəhid ailəsinin bankdakı pulu yoxa çıxdı - İNANILMAZQarabağ döyüşlərində şəhid olan Sahib Kərimovun həyat yoldaşı Gülabatın Kərimova Beynəlxalq Bankın Ucar filialının müdiri tərəfindən aldadıldığını və 1400 manatının mənimsənildiyini iddia edir.

Savash.org-un məlumatına görə, bu barədə virtualaz.org saytına Gülabatın Kərimova özü məlumat verib.

G.Kərimova iddia edir ki, həyat yoldaşı şəhid olduğu üçün dövlət tərəfindən ailəsinə ayrılmış aylıq 200 manatlıq müavinət kartından yoxa çıxıb.

Onun sözlərinə görə, 7 aylıq (ümumi 1400 manat) müavinəti öz kartını Beynəlxalq Bankın Ucar filialına təqdim etdikdən sonra qeybə çəkilib.

G.Kərimova deyir ki, həyat yoldaşı şəhid olduğu üçün hər ay onlara 200 manat müavinət verirlərmiş, o da bu məbləği Beynəlxalq Bankın Ucar filialındakı bankomatdan götürürmüş. Lakin son 7 ayın pulunu götürməyib.

Şəhid xanımı başına gələnləri belə nəql edir: “Bu ilin may ayından yardımı almırdım. Oğlumun toyu olacaqdı. Onun üçün pul yığırdım. Bu ayın əvvəlində Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Niftəliyev məni çağırıb dedi ki, kodlar qarışıb, buna görə də bankomat kartları dəyişdirilməlidir. Mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı. Ayın 23-də isə çağırıb kartımı qaytardılar. Kartı yoxlayanda məlum oldu ki, 7 aydır almadığım 1400 manat pulu götürüblər. Kartın kodu isə dəyişdirilməyib”.

G.Kərimova məsələ ilə bağlı filial müdirinə müraciət edib. Tariyel Niftəliyevdən aldığı cavab isə belə olub: “Biz pul götürməmişik”.

Filial müdirini fırıldaqçılıqda ittiham edən G.Kərimova məsələ ilə bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şikayət ərizəsi ilə müraciət etdiyini deyir.

Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev isə açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar və araşdırma aparılır.

Şəhid ailəsinin ittihamları ilə bağlı çoxsaylı şübhələrin olduğunu deyən R.Ağayev məsələni tam araşdırandan sonar bu haqda rəsmi məlumat verəcəklərini də söylədi.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook