Ziya Məmmədovun qardaşı: “İcra başçısı bacımız oğlu deyil...”

29 yanvar 2015
Ziya Məmmədovun qardaşı: “İcra başçısı bacımız oğlu deyil...”“Ucarın yeni icra baçısı Mənsur Həmzə oğlu Məmmədov bizim bacımız oğlu deyil”.

Bunu AzVision.az-a açıqlamasında, Milli Məclisin deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov deyib.

E. Məmmədov Mənsur Məmmədovla qohum olmadığını qeyd edib:

“Ölkə prezidentinin sərəncamı müzakirə olunmur. Kimi hara təyin edib-etməməyi məsələsini cənab prezidentin özü bilir. Elton və Ziya Məmmədovun bacısı oğlu ola bilməz?! Amma elə adda şəxs bizim bacımız oğlu deyil. Məmmədov soyadı Azərbaycanda çoxdur. İnsanlar bir-biri ilə qohum, qardaş da ola bilərlər. Burada qəbahət nə var ki? Bu da Allahın verdiyi gözəl bir nemətdir. Qohumu Allah-təala verir. Bu seçilmir. Dost,rəfiqə isə vətəndaş tərəfindən seçiləndir. Onu da insan öz səviyyəsinə uyğun seçməlidir. Bu insanın fərdi yanaşmasıdır”.

Qeyd edək ki, Ucar rayonunun icra başçısı Mənsur Həmzə oğlu Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğlu olduğu bildirilir. Bu barədə mətbuatda dəfələrlə məlumat verilib.

Həmçinin M.Məmmədovun vikipediyada yerləşdirilən tərcümeyi-halında da onun Ziya Məmmədovun və Elton Məmmədovun bacısı oğlu olduğu qeyd edilib.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook