Human Rights Watch: Qərb Azərbaycanda insan hüquqlarının pozulmasını seyr edir

30 yanvar 2015
 Human Rights Watch: Qərb Azərbaycanda insan hüquqlarının pozulmasını seyr edir Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı dünyada insane hüquqlarının vəziyyəti haqqında illik hesabatını dərc edib. 656 səhifəlik hesabatda dünyanın 90 ölkəsində insan hüquqları sahəsindəki vəziyyət əksini tapıb və təhlil edilib.

Azərbaycana həsr olunmuş hissədə qeyd edilir ki, 2014-cü ildə ölkədə hakimiyyət tənqidçilərinə qarşı repressiyalar güclənib, insan hüquqları sahəsində onsuz da pis olan vəziyyət isə daha da dərinləşib. 33 hüquq müdafiəçisi, siyasi və vətəndaş fəalı siyasi motivli ittihamlarla həbs edilib və mühakimə olunub. Bundan başqa, vətəndaş qruplarının və onların rəhbərlərinin bank hesabları dondurulub. Repressiyalar və təqiblər ölkənin Avropa Şurası Nazirlər Kabinetində sədrliyi dövründə də davam edib.

Tənqidçilərin səsini kəsmək üçün hakimiyyət onlara qarşı qanunsuz narkotik, silah saxlamaq, xuliqanlıq və hətta dövlətə xəyanət kimi saxta ittihamlardan istifadə edir. Media azadlığı sahəsində vəziyyət çox ağırdır və hazırda 10 jurnalist, bloger və sosial media istifadəçisi həbsdədir.

2014-cü ildə qanunvericilik sərtləşdirilib, QHT-lərin və bütünlükdə vətəndaş cəmiyyətinin fəaliyyəti daha da məhdudlaşdırılıb. Xüsusən, cüzi pozuntulara görə belə inzibati və cinayət məsuliyyəti tətbiq edilib. Beləliklə, 50 QHT-nin faktiki olaraq bağlanması üçün şərait yaradılıb.

Avropa qurumları Azərbaycanı insan hüquqlarının pozulmasına görə tənqid etsələr də, Bakıya qarşı konkret sanksiyalar tətbiq edilməyib
Xəbəriniz olsun

19.06.2018 - Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

Facebook