20 aptek bağlandı, 430 dərman qadağan edildi

30 yanvar 2015
20 aptek bağlandı, 430 dərman qadağan edildiBu aydan apteklərdə yoxlamalara başlanılıb.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyəti şöbəsinin müdiri Pərviz Əzizbəyov məlumat verib.

P.Əzizbəyovun sözlərinə görə, ötən il 107 aptekdə yoxlama aparılıb. Yoxlama zamanı bəlli olub ki, 20 aptek nazirlik tərəfindən lisenziya almadan, yəni qanunsuz fəaliyyət göstərir: “Qanunsuz işləyən apteklərin əksəriyyəti bölgələrdə yerləşir. Həmin apteklərin sahiblərinə xəbərdarlıq etməklə fəaliyyətləri dayandırılıb. Bundan əlavə, yoxlamalar zamanı 3 aptekdə resert təqdim etmədən dərman satışına rast gəlinib. Bu apteklərə qarşı İnzibatı Xətalar Məcəlləsinə uyğun protokol təqdim edilib”.

Şöbə müdiri onu da qeyd etdi ki, lisenziya əsasında fəaliyyət göstərən 1 aptek bağlanıb. Həmin aptekdə birinci qrup vərəm əleyhinə preparatların satışına rast gəlinib: “Səhiyyə Nazirliyinin 2008-ci ildə verdiyi sərəncamla birinci qrup vərəm əleyhinə dərmanların açıq satışı qadağan edilib. Yəni vərəm xəstələrinin özlərinin fərdi qaydada müalicəsinin qarşısını almaq məqsədilə dərmanların satışı dayandırılıb. Amma bu dərmanlar dövlət tərəfindən xəstəxanalarına paylanır və vərəmli xəstələrə pulsuz verilir.

Ötən il ərzində ölkəyə idxal olunan dərmanlar da yoxlamadan keçirilib və mərkəzin qərarı ilə 430-dan çox dərman seriyasının satışı qadağan edilib.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook