Prosineçki: "İlə 1,5 milyon avro söhbəti düz deyil, hələ danışıqlar gedir”

30 noyabr 2014
Prosineçki: "İlə 1,5 milyon avro söhbəti düz deyil, hələ danışıqlar gedir”“Baxdığım oyunların maraqlı keçdiyini deyə bilərəm. Amma dəyişdirilməsi vacib olan müəyyən problemlər var. Məsələn, elə epizodlar oldu ki, həmin an futbolçular daha yaxşı oynaya bilərdilər”.

Bunu apasport.az saytına müsahibəsində Azərbaycan yığmasının baş məşqçisi postuna namizədlərdən olan Robert Prosineçki deyib. O, Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Neftçi”-“Qəbələ” matçını izləyib.

R.Prosineçki deyib ki, Azərbaycanda olduğu müddətdə “Xəzər Lənkəran”-“Neftçi”, “Bakı”-“İnter” və “Neftçi”-“Qəbələ” oyunlarını izləyib: “Düzdür, üç görüş azdır, amma oyunlar məni qane edir. Hakim səhvlərinə gəlincə isə ciddi səhvlərə yol verdiklərini görməmişəm. Əlbəttə, xırda səhvlər var ki, bu da bütün çempionatlarda olur. Bu cür kiçik səhvlərdən qaçmaq mümkün deyil. Ümumi götürdükdə hələlik gördüklərim normaldır”.

Prosineçki deyib ki, Azərbaycan yığmasında bir ilə 1,5 milyon avro qazanacağı barədə yazılanlar düzgün məlumat deyil: “Hazırda AFFA ilə danışıqlar aparıram. Danışıqlar davam edir”.
Xəbəriniz olsun

21.08.2018 - Kriminal avtoritetlər Lənkərana gəldi – Polis xəbərdardırmı?

21.08.2018 - Manaf Mətanətin videosunu yayan adamı "razborka"ya çağırıb diz çökdürdü

21.08.2018 - Azərbaycanda it dişlədi, iş dalınca getdiyi Türkiyədə öldü: 2 uşaq atasının dramı...

20.08.2018 - ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxs saxlanılıb

20.08.2018 - “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

Facebook