Hakim qərar verdi: pulu “Azərsu” yox, icra hakimiyyəti ödəsin

01 fevral 2015
Hakim qərar verdi: pulu “Azərsu” yox, icra hakimiyyəti ödəsinBakı Apelyasiya Məhkəməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiayahakim Elnur Həsənovun sədrliyi ilə baxılıb.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının vəkili Azər Quliyev məlumat verib.

A.Quliyev bildirdi ki, Bakı Apelyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qismən dəyişib. Belə ki, məhkəmə cərimənin “Azərsu” ASC deyil, Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsi haqqında qərar verib. Beləliklə, icra hakimiyyəti iki mülkiyyətçiyə 100 min manatdan çox cərimə ödəməlidir.

A.Quliyevinsözlərinə görə, Yasamal Rayon Məhkəməsi isə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı Qəbələ rayon sakini olan iki nəfər torpaq mülkiyyətçisinin iddiası üzrə cərimələmişdi. Lakin həm iddiaçılar, həm “Azərsu”, həm də Oğuz Rayon İcra Hakimiyyəti qərardan narazı qalmışdı: “Sifarişçi “Azərisu” olduğundan cərimənin Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsi narazılıq yaradıb. Buna görə də hər üç tərəf apelyasiya şikayəti verəcək”.

Vəkilin sözlərinə görə, hazırda daha 7 iddiaçının işinə baxılır: “Şəki İnzibati İqtisad Məhkəməsində, Yasamal və Nəsimi rayon məhkəmələrində “Azərsu”ya qarşı kompensasiya və dəymiş zərərin ödənilməsi üzrə iddiaya baxılır. Məhkəmə mülkiyyətçilərin iddiasını təmin edərsə, “Azərsu” daha 5 iddiaçıya təxminən 200 min manatdan artıq cərimə ödəməli olacaq”.

Onu da xatırladaq ki, Nazirlər Kabinetinin 24 fevral, 2006-cı il tarixli, 42S saylı sərəncamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi layihəsinin idarə edilməsi və sifarişçi funksiyalarının icrası “Azərsu” ASC-yə həvalə edilib. 2010-cu ildə kəmərin rəsmi açılışı olub. Su kəməri Azərbaycanın 8 rayonunun ərazisindən keçir. 3257 torpaq mülkiyyətçisinin əksəriyyəti hələ də kompensasiya ala bilməyib. Topaq mülkiyətçilərinə dəyən ziyan 1 milyon manata yaxındır.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook