100 min manat ver, Qız qalasının başında şam elə

03 fevral 2015
100 min manat ver, Qız qalasının başında şam elə

“Four Seasons Hotel Baku” oteli 14 fevral - Müqəddəs Valentin günü ərəfəsində gözlənilməz və qeyri-adi təkliflə çıxış edib.

Virtualaz.org saytı haqqin.az portalına istinadən xəbər verir ki, otel Qız qalasının başında sevgili cütlüklər üçün romantic şam yeməyi təşkil etməyi vəd edir. Lakin macəra axtaran gənc sevgililər bu təklifə sevinməyə hələ tələsməsinlər. Belə ki, Qız qalasının ən uca nöqtəsində şam yeməyi öz bahalığına görə hətta “Ginnesin rekordlar kitabı”na da düşməyə iddialıdır. Çünki bu qeyri-adi şam yeməyi sevgili cütlüyə nə az, nə çox - düz 100 min manata başa gələcək.

“Four Seasons” oteli bu astronomik məbləğ qarşılığında əlavə xidmətlər də təklif edir.

“Sevgililər üçün Qız qalasının başında ən dəbdəbəli apartament hazırlanacaq. Bu, “Four Seasons Hotel Baku”dakı prezident otaqları səviyyəsində lüks nömrə olacaq. Cütlüyə son model limuzin xidmət edəcək. Həmin avtomobil sizi dünyanın istənilən nöqtəsindən birbaşa evinizdən götürüb aeroporta çatdıracaq. I dərəcəli təyyarə salonunda Bakıya uçacaqsınız. Biletləriniz də otel tərəindən alınacaq. Qara kürü və şampan şərabı ilə bəzənmiş masa arxasında başlayacaq möcüzəvi məclis “Caspia” restoranındakı unikal şam yeməyi mərasimi ilə davam edəcək” - deyə otelin yaydığı reklam mətnində bildirilir.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook