Bakıda avtobus qadının üstündən keçdi; xəstəxanada keçindi

04 fevral 2015
Bakıda avtobus qadının üstündən keçdi; xəstəxanada keçindiBakıda sərnişin avtobusu dayanacaqda sərnişini əzib.

Savash.org-un APA-ya istinadən verdiyi məlumatına görə, hadisə "Ulduz" metrosunu yaxınlığında baş verib. 131 saylı xətt üzrə hərəkət edən 10 TL 340 dövlət nömrə nişanlı "Daewoo" markalı avtobus səkiyə çıxarkən orada dayanan qadın təkərin altında qalıb.

Ölümcül xəsarət alan qadını 3 saylı Kliniki Tibbi Mərkəzə Kamran adlı şəxs çatdırıb. Xəstəxanadan verilən məlumata görə, xəstəxanaya çatdırılarkən qadın artıq dünyasını dəyişibmiş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib. Avtobusu idarə etdiyi ehtimal olunan Kamran adlı şəxs ifadəsinin alınması üçün polisə aparılıb.

Avtobusun əzdiyi qadının şəxsiyyəti dəqiqləşdirilir.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook