Məhkəmə zalındakı qətlin təfərrüatı (FOTOLAR)

05 fevral 2015
Məhkəmə zalındakı qətlin təfərrüatı (FOTOLAR)
Balakəndə iki ay əvvəl həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında qətlə yetirilib.

Balakən Rayon Mərkəzi Xəstəxanasında APA-ya verilən məlumata görə, Balakən RMX-nın Təcilli Yardım Stansiyasına fevral ayının 4-ü axşam saat 17: 45 radələrində Balakən Rayon Məhkəməsinin binasında bir nəfərin bıçaqlanması barədə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası tərəfindən aparılan müayinə və araşdırma zamanı məlum olub ki, məhkəmə prosesində təqsirləndirilən, rayonun Qullar kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Xanpəriyev ağır bıçaq xəsarətləri alıb və o aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Qətlə yetirilmiş Məhəmməd Xanpəriyevin atası İlham Xanpəriyevin APA-ya verdiyi məlumata görə, hadisə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun otağında baş verib. Belə ki, Rafiq Kazımovun otağında aparılan məhkəmə prosesində oğlu Məhəmməd Xanpəriyevi qarşı tərəf, həmkəndlisi olan 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyev tərəfindən bıçaqlanaraq qətlə yetirib. Məhəmməd Xanpəriyev aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Balakən rayon hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəni törədən Elşən Xipiyev həbs edilərək istintaqa təhvil edilib.Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Məhəmməd Xanpəriyevlə hadisəni törədən Elşən Xipiyev arasında olan münaqişə ötən ilin dekabr ayının əvəllərindən başlayıb. Belə ki, ötən ilin dekabr ayının 9-u məhkəmə prosesində qətlə yetirilən Məhəmməd Xanpəriyevlə həmkəndliləri 1991-ci il təvəllüdlü İlham İsak oğlu Xipiyev və İlham Xipiyevin qardaşı oğlu, Elşən Xipiyevlə (məhkəmə prosesində hadisəni törədən) şəxsi münasibətlər zəminində münaqişə baş vermişdi. Münaqişə zamanı Məhəmməd Xanpəriyev üzərində gəzdirdiyi bıçaqla İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi. Dekabr ayında bu hadisəni törədən, Məhəmməd Xanpəriyev barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı çıxarılmışdı.
Məhkəmə zalındakı qətlin təfərrüatı (FOTOLAR)
Xəbəriniz olsun

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

22.02.2018 - Azərbaycanın Olimpiadada yeganə təmsilçisi finiş xəttinə çata bilmədi

22.02.2018 - Rəsmi Vaşinqton Rusiyadan silah alan ölkələri sanksiyalarla hədələdi - Xəbərdarlıq

22.02.2018 - “Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma...” - akademikin qatilinin etirafları

21.02.2018 - Prezident məcburi köçkünlərin müavinətini artırdı

21.02.2018 - “Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - Qatilin ŞOK ETİRAFLARI

21.02.2018 - İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

Facebook