Dini Komitə sədri imam və axundlara xəbərdarlıq etdi

06 fevral 2015
Dini Komitə sədri imam və axundlara xəbərdarlıq etdi"Artıq Azərbaycandan müxtəlif şəxslərin təsiri altına düşərək xarici ölkələrdəki silahlı münaqişəyə gedən adamlar son dövrdə, demək olar ki, yox dərəcəsindədir. Belə faktlar artıq yoxdur. Oraya gedib, qayıdanlar da qanun qarşısında cavab verməli olurlar və cavab verəcəklər. Biz ölkəmizi kimlər üçünsə təcrübə meydanına çevirməyə imkan verməməliyik. Azərbaycan cəmiyyəti hansısa radikal dini təsir atlına düşən cəmiyyət deyil. Biz oturuşmuş müsəlman ölkəsiyik. Burada nə xristian missionerliyi, nə də özünü islama aid edən radikal qruplar meydan aça biləcək".

Bunu "Trend"-in sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, Azərbaycandakı məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunur, axundlar və imamlar təyin edilir. Eyni zamanda, DQİDK tərəfindən orada qanunlara əməl edilməsinə nəzarət olunur.

Komitə sədri bildirib ki, əgər hansısa məsciddə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət edirsə, xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə və yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olan kimi müvafiq dini idarə ilə əlaqə saxlanılır: "Əgər belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək də! Biz hər hansı xırda dini təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq və qarşısını alacağıq! Hüquq-mühafizə orqanları, vətəndaşlarımız alacaq! DQİDK və QMİ bununla məşğuldur. Biz radikalizmin Azərbaycanda kök atmasına, intişar tapıb genişlənməsinə heç cür imkan verə bilmərik və verməməliyik! Bütün cəmiyyət buna qarşıdır".

M.Qurbalı bildirib ki, Azərbaycanda kimlərisə tovlayaraq Suriyaya və ya başqa ölkələrə silahlı birləşmələrə, hərbi münaqişələrə, döyüşlərə cəlb etmək istəyənlərlər aşkar olunanda onlar qanun qarşısında cavab verməli olurlar: "Onlar haqqında həbs qəti imkan tədbiri seçilir. Bu cür qurumlar və şəxslər varsa, aşkar edilir. Bununla milli təhlükəsizlik, daxili işlər və prokurorluq orqanları ciddi məşğuldur. Bu cür faktlar olduqda müvafiq ciddi tədbirlər görülür".
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook