Vüsal Şilderin qətli yenidən araşdırılacaq

06 fevral 2015
Vüsal Şilderin qətli yenidən araşdırılacaqBu gün Bakı Apelyasiya Məhkəməsində Almaniya vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirpaşa Hüseynov sədrlik edib. Prosesdə tərəflərin şikayəti üzrə ilkin baxış iclası olub, apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb. Apelyasiya şikayətlərinin verilməsində bəzi məsələlərdə problemlər yaranıb və buna görə də iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb

İttihama görə, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət Vüsal Şilderi güdüb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder ölüb.

İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayəti iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. Elman isgəndərov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), Seymur Talıbov isə həmin məcəllənin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərova 15 il, Seymur Talıbov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Elman İsgəndərov cəzasının yüngülləşdirilməsini istəyib. Seymur Talıbov isə günahsız olduğunu əsas gətirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Həmçinin zərərçəkmiş tərəf də hökmdən narazı qalıb və onlarda təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya instansiyasına müraciət ediblər.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook