Şəmkirin icra başçısı kortejlə gəzir - Alimpaşa Məmmədovu bitirəcək İDDİA

10 fevral 2015
Şəmkirin icra başçısı kortejlə gəzir - Alimpaşa Məmmədovu bitirəcək İDDİAAdətən Prezidenti, Baş naziri və bəzi nazirləri mühafizə xidmətinin maşınlarından ibarət kortejlərin müşayiət etməsinin şahidi oluruq. Lakin bəzi hallarda aşağı vəzifələr tutan bir sıra məmurları da kortejdə görmək olur.

Savash.org modern.az-a istinadla bildirir ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun şəhər daxilində kortejlərdən istifadə etməsi haqda məlumat daxil olub. Bu barədə Şəmkir rayon sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, icra başçısının kortejdən istifadə etməsi hər hansı məsələ ilə bağlı ona yaxınlaşmağa problem yaradır.

Maraqlıdır, icra başçısının belə mühafizə olunmasına ehtiyac varmı?!

Bu suala cavab almaq, daha doğrusu, yerli sakinlərin iddialarının nə qədər doğru olub-olmadığını öyrənmək məqsədilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla əlaqə yaratmağa cəhd etdik. Ancaq cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, qarşı tərəfin də fikirlərini çap etməyə hazırıq.

Xatırladaq ki, Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrında Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinatadək o, Vergilər Nazirliyi sistemində çalışıb. Belə ki, A.Məmmədov Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi postunu tuturdu.

A.Məmmədov baş vergi xidməti müşaviridir. O, 2011-ci ilin əvvəlindən vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə gətirilmişdi.

A.Məmmədov həm də Azərbaycan Güləş Federasiyasının 2 saylı regional nümayəndəliyinin rəhbəridir. Bu federasiyanın prezidenti isə vergilər naziri Fazil Məmmədovdur.
Xəbəriniz olsun

17.12.2017 - Mixail Saakaşvili binanın damına niyə çıxdı? – AÇIQLAMA

15.12.2017 - “Sumqayıt” “Qarabağ”ı Azərbaycan Kuboku yarışlarından kənarlaşdırdı

15.12.2017 - Müsavat başqanı “bandotdel”ə çağırılıb

15.12.2017 - “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

15.12.2017 - İlham Əliyev Sumqayıta gedib

15.12.2017 - Nadir Emin Ağalarovu yıxdı-sürüdü: Qədr bilən olsaydı, Leyla xanımın...

15.12.2017 - Əməkdar artistin oğlu azadlığa çıxdı

15.12.2017 - Azercell"dən soyğun kimi "rouminq" xidməti - Tanınmış bloggerin başına bu oyunu açdılar

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Saakaşvili: Putin məndən şeytandan qorxduğu kimi qorxur

14.12.2017 - Putin: “Saakaşvilinin etdikləri Ukrayna xalqının üzündə tüpürcəkdir”

14.12.2017 - Bu dərmana görə 2 qurum üz-üzə gəldi - Biri qadağa qoydu, digəri isə...

14.12.2017 - Kamaləddin Heydərovun xalası oğlunun şirkətləri niyə bağlandı?

14.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

14.12.2017 - İcra hakimiyyətinin baş mühasibi tutuldu - Rüşvət alıb sosial yardım düzəldirmiş

14.12.2017 - Müsavat başqanının müavini istefa verdi

14.12.2017 - “Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

Facebook