Özbəkistanın iki prezidenti olacaq

11 fevral 2015
Özbəkistanın iki prezidenti olacaqÖzbəkistan müxalifətinin mühacirətdə olan üzvləri yaxınlaşan prezident seçkilərinin azad və ədalətli keçəcəyinə şübhə edirlər. Buna görə də, Özbəkistandan kənarda bu seçkilərə alternativ onlayn seçki təşkil etməyə hazırlaşırlar. Artıq Virtual Seçki Komissiyasında namizədlər də qeydə alınıb.

"Azadlıq" radiosunun məlumatına görə, əksəriyyəti müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri olan virtual namizədlərin çox az qismi tanınmış şəxslərdir.

VİRTUAL NAMİZƏDLƏR

Bunlardan biri Özbəkistanda rəsmi olaraq qeydiyyatdan keçməmiş Birdamlik (Birlik) Partiyasının təsisçisi Bahodir Çorievdir. Çoriev Birdamlik Partiyasını 2004-cü ildə Özbəkistandan ABŞ-a mühacirət etdikdən sonra yaradıb. Onun hüquq müdafiəçisi olan atası Hasan Çhoriev 2014-cü ildə müəmmalı cinayət işi üzrə məhkumluq həyatı yaşayarkən vəfat edib.

Müstəqil namizəd kimi qeydiyyatdan keçmiş Dilşodcon Usmanov isə məşhur biznesmen, Özbəkistanın ilk özəl bankı «Rustambank»ın təsisçisi Rustam Usmanov-un oğludur.

Miraxmat Muminov Birləşmiş Ştatlarda yaşayan başqa bir müstəqil namizəddir.Moxira Ortikova da həmçinin.

REAL SEÇKİNİN 3 NAMİZƏDİ

Namizədlər arasında Rusiyada mühacirətdə olan özbəklərdən isə bu ölkədəki özbək diaspor təşkilatı «Vatandosh»un sədri Usman Baratov var.

Bundan əlavə, onlayn seçkidə real seçki üçün namizədliyini irəli sürmüş dörd namizəddən üçü də iştirak edəcək – Akmal Saidov, Hotamcon Ketmonov vəNarimon Umarov. Onlar özləri alternativ seçki üçün qeydiyyatdan keçməyiblər. Ancaq Özbəkistanda keçirilmiş əvvəlki prezident seçkisində iştirak etmədiklərinə görə adları onlayn seçkidə namizədlər siyahısına daxil edilib. Bu barədə Virtual Seçki Komissiyasının sözçüsü, müstəqil jurnalist Uluqbek Bakirov məlumat verib. Onun dediyinə görə, namizədlər onlayn seçki ərəfəsində debatlarda da iştirak edəcəklər.

KƏRİMOV VƏ QVARDİYASI

Real seçkinin dördüncü, ən əsas namizədi isə ölkənin hazırkı rəhbəri, uzun illərdir Özbəkistanın prezidenti kürsüsündə əyləşən qocaman İslam Kərimovdur. Mayın 29-da onun növbəti dəfə prezident seçildiyinin elan ediləcəyinə şübhə yoxdur. Amma adı virtual seçkidəki namizədlər siyahısına daxil edilməyib. Bunun səbəbi, alternativ seçkinin təşkilatçılarının bildirdiyinə görə, Karimov-un Konstitusiyanın tələbini pozaraq iki dəfədən artıq prezident vəzifəsini icra etməsidir.

Adları Karimov-un potensial varisləri arasında çəkilən köhnə qvardiya üzvləri – baş nazir Şavkat Mirziyoyev və maliyyə naziri Rüstəm Əzimov da alternativ seçkidən kənarda saxlanılıb. Prezidentin gözdən düşmüş qızı Gülnarə Kərimova həmçinin.

ALTERNATİV SEÇKİ NƏYƏ LAZIMDIR

Virtual seçkinin təşkilatçıları bu cür alternativ seçki keçirməyin zəruriliyini onunla əsaslandırırlar ki, real seçkidə şəffaflıq təmin edilmir. Bundan başqa namizədlər arasında müxalifət nümayəndələri və ya vətəndaş cəmiyyəti üzvləri təmsil olunmur.

Özbəkistanın virtual prezidenti ola bilmək üçün namizədin azı 35 yaşı olmalı, özbək dilini yaxşı bilməlidir. O, həmçinin Özbəkistan Sovet Sosialist Respublikasında, yaxud Özbəkistan Respublikasında doğulmuş olmalı, siyasi və ya digər səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalmış olmalıdır.
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook