Tahir Kərimov "yuxarılar"a minnətçi düşdü: "Məni Şirvana göndərin..."

11 fevral 2015
Tahir Kərimov "yuxarılar"a minnətçi düşdü: "Məni Şirvana göndərin..."Parlament seçkiləri öncəsi ehtimal olunan kadr islahatları bir çox məmurları hərəkətə gətirib. Bu sırada icra başçılarının aktivliyi xüsusilə seçilir. Belə ki, artıq bəzi icra başçılarının "qələminin qırılması" haqda həmkarları arasında səhih məlumatlar var və rayonundan narazı olanlar bu prosesdən bəhrələnərək yeni təyinata səhiblənmək istəyirlər.

Redaksiyamıza daxil olan məlumata görə daha prestijli təyinat almaq istəyində olan icra başçılarından biri də Salyan rayon icra başçısı Tahir Kərimovdur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı sayılan T.Kərimovun gözü sən dəmə Şirvan şəhərinə rəhbər olmaqdaymış. Bu haqda cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə nazir Yavər Camalovun qardaşı olan Mərdan Camalovun Şirvan şəhər icra başçılığından azad olunacağı haqda məlumatlı olan T.Kərimov bu postu ələ keçirmək üçün fəaliyyətə başlayıb.

Şirvan şəhərinə təyinatda daha çox "fövqəlnazir"ə güvənən Salyan icra başçısı öz tərəfindən də müəyyən təşəbbüslər göstərib. Mənbəmiz bu məsələ ilə bağlı T.Kərimovun bir çox planları haqda danışdı. Son olaraq isə bu gün T.Kərimovun adamlarının Şirvan şəhərindən Prezident Adminstrasiyasına müraciət göndərib. Həmin müraciətdə T.Kərimova bəy tərifi söylənməklə yanaşı onun Şirvan şəhərinə təyin olunmasının bu şəhər sakinlərinin "ilahi arzusu" olduğu göstərilir. Onu da bildirək ki, sözügen müraciəti hazırlayanlar hazırda Şirvan şəhər icra başçısı M.Camalovun şəninə tərif söyləyənlər olduğu bildirilir.

Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumatlar haqda incələmələr apardıqdan sonra mövzuya yenidən qayıdacağıq.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook