Aeroport yolunda qəza: polis dava edən sürücüləri güclə sakitləşdirdi - (Fotolar)

12 fevral 2015
Aeroport yolunda qəza: polis dava edən sürücüləri güclə sakitləşdirdi - (Fotolar)

Bakıda, Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, şəhərdən üzü Mərdəkan istiqamətində hərəkət edən "Mercedes 190" markalı avtomobilin sürücüsü qəfil dönmə əməliyyatı edərək yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib. Bu zaman nəqliyyat vasitəsi yolun sağ hissəsində hərəkətdə olan digər "Mercedes"in yoluna çıxıb və qəza baş verib. Zərbənin təsirindən hər iki avtomobil yol kənarındakı dəmir səkiyə çırpılıb. Daha sonra nəqliyyat vasitələri yanacaqdoldurma məntəqəsinin ərazisindəki reklam lövhəsinə zərər yetirib.

Qəza nəticəsində sərnişin Lalə Orucova xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hadisədən sonra sürücülər arasında mübahisə düşüb. Onlar polis əməkdaşları tərəfindən sakitləşdirilıb.

Daha sonra qəzaya səbəb olan maşının sürücüsü hadisə yerindən qaçmaq istəyərkən polislər buna imkan verməyiblər.

Sürücülər sərxoşluq müayinəsindən keçirilmələri üçün tibb məntəqəsinə aparılıb. Sürücülərin izahatları alınandan və ekspertizaların rəyi məlum olandan sonra hadisənin dəqiq başvermə səbəbləri məlum olacaq.
Aeroport yolunda qəza: polis dava edən sürücüləri güclə sakitləşdirdi - (Fotolar)
Xəbəriniz olsun

21.08.2018 - Kriminal avtoritetlər Lənkərana gəldi – Polis xəbərdardırmı?

21.08.2018 - Manaf Mətanətin videosunu yayan adamı "razborka"ya çağırıb diz çökdürdü

21.08.2018 - Azərbaycanda it dişlədi, iş dalınca getdiyi Türkiyədə öldü: 2 uşaq atasının dramı...

20.08.2018 - ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxs saxlanılıb

20.08.2018 - “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir

19.08.2018 - Azərbaycanda benzin bahalaşdı

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

Facebook