Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir - (Fotolar)

13 fevral 2015
Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir - (Fotolar)

Qarabağ əlilləri və şəhid ailələri onlara çatacaq pulun ödənilməməsinə etiraz olaraq bu gün Milli Məclisin qarşısında aksiya keçirirlər.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları sığorta pulunun ödənilməsini tələb edirlər. Hələlik aksiya iştirakçılarını heç kim qəbul etməyib. Etirazçılar isə problemləri həll olunanadək aksiyalar keçirməkdə israrlı olduqlarını deyirlər.

Qeyd edək ki, Qarabağ əlilləri və şəhid ailələri aksiyalara hazırlıq məqsədilə imza toplayıblar. Sənədə 200 nəfərədək əlil və şəhid ailəsi imza atıb.

Qeyd edək ki, 13500 şəhid ailəsinə 11 min manat sosial sığorta haqqı ödənilməlidir. Onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmirlər.

I qrup Qarabağ əlilləri 8800 manat, II qrup Qarabağ əlilləri 6600 manat, III qrup əlillər isə 4400 manat almalıdırlar. Hazırda 11 min əlil var.

Xatırladaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıblar. Müdafiə Nazirliyi də bunun müqabilində “Azərsığorta” Dövlət Sığorta Şirkətinin hesabına pul köçürüb.

2000 şəhid ailəsi və Qarabağ əlilinə sığorta ödənməsinə dair məhkəmə qərarları da var.

Konstitusiya Məhkəməsi isə 2014-cü il yanvarın 28-də hərbi qulluqçulara şamil olunan icbari sığorta pulunun ödənilməsinə dair qətnamə çıxarıb. Həmin sənədə əsasən Milli Məclis məsələ ilə bağlı müvafiq qərar verməli idi.
Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir - (Fotolar)
Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir - (Fotolar)
Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir - (Fotolar)
Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir - (Fotolar)
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook