Broyler toyuqları hansı xəstəlikləri yaradır? - SOS

13 fevral 2015
Broyler toyuqları hansı xəstəlikləri yaradır? - SOSBu günlərdə sosial şəbəkələrdə broyler toyuqlarının hormonlarla şişirdilməsinə dair videonun yayılması bu mövzuya bir daha diqqət çəkdi.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev fevralın 13-də ANS televiziyasında açıqlamasında deyib ki, məsələ araşdırılır:

«Bu sahədə nəzarəti gücləndirmişik. İstehsalçılardan xəbərsiz bazarlardan bir neçə nümunələr götürüb laboratoriyamıza vermişik. Nəticələr bəlli olanda ictimaiyyətə məlumat verəcəyik. Əlbəttə ki, toyuqların xüsusi yollarla şişirdilməsi yolverilməzdir».

AzadlıqRadiosu məsələ ilə bağlı yerli broyler təsərrüfatlarının da fikrini öyrənməyə çalışıb. 2 gün ərzində nə telefon zəngləri, nə də elektron məktublar cavablandırılıb.

HORMONLU QİDALARLA BƏSLƏNƏN TOYUQLAR

Broyler toyuqlarının keyfiyyəti zaman-zaman həkimlərin, ekspertlərin müzakirə mövzusu olub.

ABŞ-ın Con Hopkins və Arizona universitetlərinin alimləri araşdırmalar nəticəsində qənaətə gəliblər ki, qabaqcıl Avropa ölkələrində broyler təsərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur. İnsan orqanizmi üçün daha çox təhlükə törədən antibiotiklərin vurulması toyuğun kəsimindən 7 gün öncədən dayandırılmalıdır. Amma təsərrüfatların buna necə əməl etdiklərini demək çətindir.

Türkiyə mətbuatı da son zamanlar broyler məhsullarının insanlarda müxtəlif xəstəliklərə yol açdığına geniş yer verir. Türkiyənin xüsusilə də tanınmış həkim, professorları Ahmet Rasim Küçükusta və Yavuz Dizdar-ın bu barədə araşdırmaları mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xəbəriniz olsun

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

Facebook