Ukrayna hadisələri İsgəndər Həmidovun planlarını necə pozdu...

14 fevral 2015
Ukrayna hadisələri İsgəndər Həmidovun planlarını necə pozdu...“Partiyamızın qurultayının gecikməsinin bir səbəbi var idi: Ukraynada baş verən hadisələr...”.

Bunu modern.az-a Milliyyətçi Demokrat Partiyasının (“Boz Qurd”) qurultaya hazırlıq üzrə Təşkilat komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov deyib.

Onun sözlərinə görə, artıq qurultayın keçirilməsində heç bir problem yoxdur.

“Ukraynada cərəyan edən proseslər bizim qurultay işimizi çox ləngitdi. Çünki ortada böyük rus təhlükəsi var idi. Rusiyanın hansı istiqamətdə, hansı dövlətə tərəf nə edəcəyini bilmirdik. İndi isə hər şey aydındır. Allah qoysa, partiyanın qurultayı sentyabr, oktyabr ayında keçiriləcək”.

“Ukraynadakı hadisələr qurultayınıza mane olduğu halda, payızda keçiriləcək parlament seçkiləri qurultayın işinə mane olmayacaq” sualına İsgəndər Həmidov belə cavab verib: “Xeyr, Ukraynada baş verən hadisələrlə ölkədə keçiriləcək parlament seçkiləri arasında böyük fərq var. Ukraynada proseslər qanlı-qadalı hadisələrlə zəngindir. Azərbaycanda isə sülh şəraitində seçkilər keçiriləcək. Bizim müxalifətin bir hissəsi hakimiyyətlə dialoqdadır. Ona görə də bizim qurultayın parlament seçkilərinə və yaxud da parlament seçkilərinin bizim işimizə heç bir maneçiliyi yoxdur”.

Qeyd edək ki, Milliyyətçi Demokrat Partiyası ötən ilin oktyabr ayında qurultay keçirməli idi.
Xəbəriniz olsun

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

Facebook