Vaqif Abdullayevin milyon yarımlıq villasından 30 minlik siyahıya aparan yol...

16 fevral 2015
Vaqif Abdullayevin milyon yarımlıq villasından 30 minlik siyahıya aparan yol...Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin villa qalmaqalı haqda yazmışdıq. Məlumat üçün bildirək ki, icra başçısı Teymur Əliyev küçəsində övladına 1,4 milyon manat villa aldığı bildirilir. Həmin yazımızda bildirmişdik ki, icra başçısı villanı alarkən bu mülkü tapan maklerə 10 min manat söz versə də ona çatacaq haqqı ödəməmişdir. İsmayıllı rayonundan olan həmin makler V.abdullayevlə olan bazarlığından müəyyən detalları da mediaya ötürüb.

Deyilənə görə icra başçısının paytaxtda aldığı ev və villaların əksərində vasitəçi məhz bu makler olub. Bu vaxta qədər heç bir problem olmasa da sonuncu alış-veriş də qalmaqal yaşanıb. Makler həmçinin bildirir ki, bazarlıq zamanı icra başçısı ilə kiçik bir söhbətləri olub: "Ona ümumi vəziyyətdən danışdım. Nə bilim Rusiyadan, neftin qiymətinin düşməsindən... həm də dedim ki, "yəqin sizdə də problemlər olur. Hər yerdə gəlir azalıb". Güldü bu sözümə və dedi ki, "əşşi neft düşür düşsün də onun bizə nə dəxli..."

Bu iqtibası ona görə gətirdik ki, apardığımız araşdırmalar da onu göstərir ki, bir çox icra başçılarının dövlətimizin iqtisadi gücünə və büdcənin necə həll olunmasına heç bir aidiyyatı yoxdur. Görünür V.Abdullayev də bu sıraya aiddir. Beyləqan rayonundan cumhuriyyet.az-a daxil məlumata görə rayon icra başçısı Vaqif Abdullayev büdcə təşkilatlarını elə bir vəziyyətə gətirib ki, artıq idarə müdirləri çıxılmaz bir vəziyyətə düşüblər. Belə ki, icra başçısı rayonun Təhsil, Mədəniyyət, Səhiyyə, Meliorasiya, Suvarma, Subartezan, Yol istismar və digər büdcə təşkilatlara konkret olaraq aylıq "hesab” qoyub. İnformasiyalı mənbəmiz bildirir ki, icra başçısının aylıq hesabından sonra büdcə təşkilat rəhbərləri bütün güclərini Vaqif Abdullayevə verəcəkləri vəsaiti toplamaqla məşğuldurlar. Hətta vəziyyət elə bir həddə gəlib çatıb ki, rayon təhsil və səhiyyə idarələrinin müdirləri Tofiq Sadıqovla, Əli Məmmədov icra başçısının hesabını vaxtlı vaxtında ödəmək üçün Beyləqan şəhərində fəaliyyət göstərən özəl banklardan kredit götürməyə məcbur olublar.

Mənbəmiz qeyd edir ki, Vaqif Abdullayev həmçinin Beyləqan Telefon Qovşağı ilə rayon Poçtunun rəislərinə ayda bir dəfə hansısa bir işin görülməsi adı altında 1000-1500 manat arası ya hesab alar, yada hansısa bir tədbirin maliyyə vəsaitlərini onların boyunlarına "yükləyir”. Mənbə icra başçısı Vaqif Abdullayevin aylıq hesab aldığı idarə müdirlərinin adlarını və verdikləri "haqqı”n miqdarını təfsilatı ilə cumhuriyyet.az-a verib. Həmin siyahısını təqdim edirik:

1. Nazim Mirzəyev – Mədəniyyət və Turizm İdarəsinin müdiri ayda – 3 min manat
2. Tofiq Sadıqov – Təhsil şöbəsinin müdiri ayda – 5 min manat
3. Əli Məmmədov – Səhiyyə İdarəsinin müdiri ayda 3 – min manat
4. Nadir Əliyev – Meliorasiya İdarəsinin müdiri ayda – 3 min manat
5. Ələmşad Məmmədquliyev – Suvarma Sistemləri İdarəsinin müdiri – ayda 5 min manat
6. Möhübbət Hüseynov – Subartezan Quyularının İstismar İdarəsi ayda – 5 min manat
7. Ramiz Sadıqov – Telefon Qovşağının rəisi ayda – 1500 manat
8. Rasim Məmmədov – Rayon Poçtunun rəisi ayda – 1000 manat
9. Arzu Bəndəliyev – Komunnal təsərrüfat Birliyinin rəisi ayda – 1000 manat
10. Anar Vəliyev – Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin müdiri ayda 1500 manat
11. Malik Mahmudov – Əmək və Əhalinin müdafiəsi Mərkəzinin müdiri ayda – 2000 min manat
12. Füzuli Quliyev – 37 saylı Yol İstismar İdarəsi – ayda 2000 manat
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Savash.org
Xəbəriniz olsun

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

Facebook