Türkiyəliyə ərə gedən azərbaycanlı: "Məni vəhşicəsinə döyürdü"

16 fevral 2015
Türkiyəliyə ərə gedən azərbaycanlı: "Məni vəhşicəsinə döyürdü"Türkiyə vətəndaşı ilə quran 28 yaşlı soydaşımız Elmira. D həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını və mütəmadi olaraq təhdid altında olunduğunu iddia edərək polisə müraciət edib.

"Posta" qəzetinin məlumatına görə, artıq hüquq-mühafizə orqanları azərbaycanlı qadının dövlət tərəfindən mühafizəsinin təşkil edilməsi barədə qərar qəbul edib. Göz yaşları içində müsahibə verən Elmira. D bildirib ki, həmin şəxslə Azərbaycan Dövlət Pedeqoji Universitetində bir qrupda təhsil alıblar: “Universiteti bitirdikdən sonra ailə qurub Türkiyəyə köçdük. Bütün sıxıntılarım da buradan başladı. Yoldaşımın qohumları mənə dedilər ki, yaşadığımız yer mühafizəkar olduğu üçün sən burada çarşabla gəzməlisən. Çünki sonra qonşular deyə bilər ki, guya həyat yoldaşım məni Bakıdan bardan-gecə klubundan götürüb özünə arvad edib. Mən də əsassız şaiyələr olmasın deyə 5 il çarşabla gəzdim”.

Onun sözlərinə görə, həyat yoldaşı tərəfindən mütəmadi olaraq işkəncələrə məruz qalıb: “O məni döydükdən sonra evin qapısını kilidləyirdi, çünki ən azı həftə ərzində bədənimdə zorakılıq izləri qalırdı. O da qorxurdu ki, mən polisə müraciət edərəm, ona görə də məni bağlı qapılar arxasında saxlayırdı. Bir sözlə, vaxtilə sevdiyim bir insanın mənə bu dəhşətləri yaşadacağı ağlıma belə gəlməzdi. Amma Türkiyəyə gəldikdən sonra həyatım zəhər oldu”.

Elmira. D vurğulayıb ki, işkəncələrə dözməyərək Bakıya qayıdıb, lakin burada da daim izlənib və təhdid altında olub: “Məni rahat buraxmırdı, işlədiyim yerə gələrək təhdid edirdi. Bunu qısqanclıqdan da etmirdi. Daim məni istismar edib işlədirdi. Hətta cibindən qumar üçün kartalar da tapmışdım”. Həmyerlimiz iddia edib ki, həyat yoldaşı uşaqlarını oğurlayıb Türkiyəyə qaçıb və onları anasından məhrum edib: “İki övladımı götürərək Türkiyəyə qaçıb. İki ildir mən onların həsrətindəyəm. Bu səbəbdən Türkiyəyə köçmüşəm ki, övladlarımı görə bilim, amma məni rahat buraxmır. Polisə müraciət etməkdən başqa çarəm yoxdur”.

Xatırladaq ki, son günlər Türkiyədə qadın zorakılığı məsələsi çox aktuallaşıb. Mərsində psixologiya üzrə ixtisaslaşan tələbə qız Özgəcan Aslanın çərşənbə günü evinə yollanarkən oğrlanaraq zorlandıqdan sonra amansızlıqla öldürülməsi bu məsələləri gündəmə gətirib. Bildirilir ki, tələbə qız mindiyi mikravtobusun sürücüsü, sürücünün oğlu və oğlunun dostu tərəfindən zorlanaraq amansızlıqla qətlə yetiriilib. Cinayətkarlar izi itirmək üçün meyiti yandırıblar. Bu hadisə ictimaiyyətində böyük narazılıq yaradıb və ölkə üzrə qadınlara qarşı zorakılıqlara son qoyulması üçün aksiyalar keçirilib. (lent.az)
Xəbəriniz olsun

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

Facebook