Arvadının boğazını kəsən: "Öldürmək istəmirdim" (VİDEO)

17 fevral 2015
Arvadının boğazını kəsən: "Öldürmək istəmirdim" (VİDEO)
Keçmiş həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı.

ANS TV-nin məlumatına görə, Zöhrab İsmayilovun xoşbəxtçilikdən faciyəyə aparan ailə həyatı tam 11 ay davam edib. Həyat yoldaşı 26 yaşlı Vəfa Abdullayeva ilə nikahdan iki övladı olan Zöhrab ötən il rəsmi qaydada həyat yoldaşından boşanıb. Lakin ayrılan cütlük eyni evi paylaşıblar. Zöhrabın deməsinə görə, yoldaşı ilə boşanmasına səbəb onun, yəni Vəfanın gizli-gizli kimlərləsə görüşməsi olub. Hadisə günü isə, hava almaq üçün yaşadığı Biləcəri qəsəbəsindəki parka gedib. Elə bu vaxt gözü keçmiş həyat yoldaşı Vəfaya sataşıb. Özü də başqa bir avtomobildə.

Zöhrab yoldaşını başqa bir şəxsi VAZ 2107 maşında görüb, arxasınca getdiyini deyir.

Bundan sonra Zöhrab onların həmin moteldən qaçmasının qarşısını almaq üçün keçmiş həyat yoldaşını gəldiyi avtomobilin təkərlərini partladıb. Daha sonra onların keçdiyi otağı axtaran İsmayılov istədiyinə nail olur. Amma deməsinə görə, məqsədi nə keçmiş həyat yoldaşı, nə dəki onun birlikdə gələn şəxsi öldürmək olmayıb.

Zöhrab otağa girəndə keçmiş həyat yoldaşını uzanmış gördüyünü və bundan sonra onu vurduğunu deyir.

Hadisədən sonra ərazini tərk edən Zöhrabı isə, Abşeron rayon Polis İdarəsinin əməkdaşları həbs edib. Qısa zaman ərzində saxlanılan Zöhrab İsmayılov rayon prokurorluğuna təhvil verilib. Əməlindən peşiman olduğunu deyən saxlanılan şəxs, iki övladını qohumlarına həvalə etdiyini dedi.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook