Salyanın icra başçısının oğlu ilə bağlı şok iddia

18 fevral 2015
Salyanın icra başçısının oğlu ilə bağlı şok iddiaHəmzə Kərimovun Şirvanda və Rumıniyada Gülən məktəblərinə himayədarlıq etdiyi iddia olunur

SOCAR-ın Rumıniyadakı nümayəndəsi, Salyan rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimovun oğlunun adı daha bir qalmaqala qarışıb. Savash.org Azerinews.tv-yə istinadən xəbər verir ki, oğul Kərimovun adının qarışdığı məsələ nurçularla yaxın əlaqədə olmasıdır.

Mənbənin iddiasına görə, icra başçısının oğlu xeyli əvvəldən "gülənçi"lərin təsiri altına düşüb. Onun əldə etdiyi bir sıra uğurlu karyeranın da məhz nurçuların sayəsində mümkün olduğu deyilir. Məlumatda vurğulanır ki, Həmzə Kərimova yaradılan həmin imkandan dolayı, o da qarşı tərəfə borclu qalmayıb. Belə ki, hazırda Şirvan şəhərində fəaliyyət göstərən Türk Litseyinin məhz onun himayəsində olduğu deyilir. Hətta iş o şəddədir ki, Salyanda bütün məmurlar öz uşaqlarını həmin litseydə oxutdururlar.

Azerinews.tv-yə daxil olan bir başqa məlumatda isə deyilir ki, Həmzə Kərimov təkcə Şirvandakı türk litseyinə deyil, həmçinin Rumıniyada da bir neçə belə litseyləri himayə edir. İddialara görə, icra başçısının oğlu gülənçilərlə iç-içə olduğundan bu addımları ataraq, onların sayəsində daha böyük bir karyera qazanmaq barədə düşünür.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Xəbəriniz olsun

25.06.2019 - Ulduzlar iyunun 25-ə nə vəd edir? - FAL

24.06.2019 - Sahil Babayevin 1 il 2 ayı: Müslümovdan qalan pafos, arıqlayan inəklər

24.06.2019 - Bakıda ana övladı ilə birgə intihar məqsədilə körpünün üstünə çıxıb

24.06.2019 - Ağsuda "Əjdaha" peyda oldu - Foto

24.06.2019 - Azərbaycandakı bu “pir”də ağacdan alt paltarı asırlar - FOTOLAR

24.06.2019 - Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT

24.06.2019 - Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24.06.2019 - Nazirlikdən dərsliklərlə bağlı - ÇAĞIRIŞ

24.06.2019 - Müəllimin başına oyun açdılar - 1500 manat ödəyə bilməyib həbs olundu

24.06.2019 - Qadını təyyarədə unutdular - “Ayılanda...”

24.06.2019 - Azərbaycan millisi Avropa ikincisi oldu

24.06.2019 - “Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

24.06.2019 - Yol hərəkəti ilə bağlı qanunvericiliyə 2 nişan daxil edilir

Facebook