Ünvanlı sosial yardımla bağlı YENİ QAYDA

18 fevral 2015
Ünvanlı sosial yardımla bağlı YENİ QAYDAYanvar ayında Azərbaycanda 107 761 ailə (və ya 470 237 nəfər) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 26,4% azdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Ünvanlı yardımların həcmi artıb

Məlumata görə, yardım alan ailələin sayının azalsa da, yardımların həcmi artıb. Belə ki, ünvanlı sosial yardımların orta aylıq məbləği 10,3 faiz artaraq bir ailə üçün 138,89 manata, bir nəfər üçün isə 31,83 manata yüksəlib.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 222 589 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5305 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 5822 nəfər təşkil edir. Hazırda yardım alan ailələrin 30823-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Ünvanlı yardımlar kompüter təyin edəcək

Nazirlik bildirir ki, sosial yardımların təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə 2013-cü ilin sonlarından etibarən ünvanlı sosial yardım alan ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri aparılır. Mütərəqqi beynəlxalq təcrübə əsasında qurulan bu sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutur. /fins.az/
Xəbəriniz olsun

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

19.09.2018 - İki Koreya arasında tarixi razılaşma

Facebook