Bakcell əhalinin pullarını necə mənimsəyir?

18 fevral 2015
Bakcell əhalinin pullarını necə mənimsəyir?Bakcell şirkətinin abunəçiləri yenə də onların hesabından heç bir əsas olmadan pul silinməsi faktından şikayətçidir.

Redaksiyamıza müraciət edən 055 22. 96 79 nömrəli abunəçi olan şikayətçi vətəndaş yazır ki, fevral ayının 14-də balansına 5 Azn dəyərində vəsait yükləyib. Bundan sonra isə fevralın 16-da daha 1 manat da yükləyib. Lakin fevralın 17-də məlum olub ki, abunəçinin balansında cəmi 0.20 Azn qalıb. Bundan sonra operatorun 555 müştəri xidmətlərinə müraciət edən vətəndaşa bildirilib ki, sizin balansınızdan hər hansı bir pul itkisi baş verməyib. Vətəndaşın müraciətinin texniki şöbə tərəfindən araşdırılaraq məlumat veriləcəyi deyilib. Lakin fevralın 17-də axşam saatlarında şikayətçi müştəriyə sms xidməti vasitəsilə bildirilib ki, sizin müraciətiniz araşdırılıb və hər hansı pul itkisi faktı baş verməyib. Maraqlıdır ki, pul itkisi ilə rastlaşan Bakcell abunəçisinə bildirilib ki, digər formada şikayətiniz varsa, Bakcell-in müştəri ofislərinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq 2 Azn ödəməklə son 10 gün üçün danışıqlar barədə məlumat almaq olar. Deməli ziyan çəkmiş vətəndaş həm də danışıqlar üzrə tarixçə əldə etmək üçün yenə də pul itkisi ilə qarşılaşmalı olur. Hansı ki, Azərbaycanda yeganə operatordur ki, Bakcell müştərilərinə göstərməli olduğu xidmətini pula yerinə yetirir.

Bundan başqa şikayətçi bildirir ki, Bakcell-in müştəri xidmətlərindən şikayətə cavab olaraq etiraf ediblər ki, göstərilən nömrə üzrə istifadə olunan telefon cihazı «Android» sistemində işləmədiyindən hər hansı bir formada internet istifadəsinə görə də əlavə pul silinməsi faktı qeydə alınmayıb. Şikayətçi bildirir ki, istifadə etdiyi Klacc nömrəsi L paketində olduğundan onun hesabından hər ay 5 Azn çıxılmaqla 100 MB internet paketi verilib. Paket üzrə istifadə imkanı başa çatdıqdan sonra isə müştəriyə sms gəlib ki, artıq internet xidmətlərindən istifadə edə bilməz. Lakin dünən, fevralın 17-də axşam saatlarından Bakcell-in müştəri xidmətlərinə təkrarən müraciət edən obunəçiyə bildiriblər ki, XL paketi üzrə istifadə imkanının bitməsi üzrə bildiriş gec daxil olub. Yəni bildiriş daxil olana qədər artıq 055 22. 96 79 saylı abunəçinin balansından internet üzrə ödlənişlər çıxılmağa başlayıb.

Maraqlıdır ki, şikayətçimizin başına gələn bu puloğurlama olayı baş verən gün Bakcell-in bütün ölkə boyu istifadəçiləri məhdudiyyətlə üzləşiblər. Göstərilən tarixdə bu operatorun istifadəçiləri yalnız internetdən istifadə edə biliblər.

Qeyd edək ki. GUNDEMİNFO.AZ-a müraciət edən şikayətçinin adı və soyad, həmçinin digər məlumatları bizdə var. Mövzu ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin də müvafiq olaraq mövqeyini öyrənməyə çalışacağıq. Araşdırmaların sonucu barədə bilgi veriləcək.
Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook