Xamenei Avropanı sanksiyalarla hədələdi

18 fevral 2015
Xamenei Avropanı sanksiyalarla hədələdiƏgər İran nüvə proqramı üzrə Qərbin şərtlərini qəbul etsə belə, Qərb ona qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmayacaq.

Azvision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İranın dini lideri Əli Xamenei Şərqi Azərbaycan vilayətinin ictimai nümayəndələri ilə görüş zamanı bildirib.

“Qərb İslam inqilabı prinsiplərinə qarşıdır. Mən əminəm ki, İran şərtləri qəbul etsə də, sanksiyalar qüvvədə saxlanılacaq”, - deyə Xamenei vurğulayıb.

Onun sözlərinə görə, İran sanksiyalara qalib gəlməyə və düşmənlərin planlarını iflasa uğratmağa hazırdır: “Əks halda düşmən bizim nüvə proqramımıza sanksiyalar qoymağı davam etdirəcək. Onlar İranın inkişafını saxlamaq üçün sanksiyalardan istifadə edir”.

Xameneinin sözlərinə görə, İran dünyada ən böyük nefti və qaz yataqlarına malikdir və Avropanın bu sərvətlərə ehtiyacı var. Ehtiyac olacağı təqdirdə İslam Respublikası özü Qərbə sanksiyalar tətbiq edə bilər”.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook