“Azercell”in keçmiş rəhbəri baş nazir oldu

18 fevral 2015
“Azercell”in keçmiş rəhbəri baş nazir olduMoldova parlamenti bu gün “Azercell” şirkətinin keçmiş rəhbəri Kirill Qaburiçin baş nazir postuna namizədliyini təsdiq edib.

Onun namizədliyini 60 deputat dəstəkləyib.

Qaburiçin baş nazir postuna namizədliyi fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən irəli sürülmüşdü.

Qaburiçin proqramında əsas vəzifə Moldova Respublikası və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin tətbiqidir.

“Real olaraq, bir neçə il ərzində Moldova Avropa İttifaqının tam hüquqlu üzvü olmalıdır”, - deyən Qaburiç əlavə edib ki, Moldova ənənəvi tərəfdaşları – Rusiya, Ukrayna və Rumıniya ilə münasibətləri inkişaf etdirməlidir.

Moldova hökumətinin 2015-2018-ci illər üçün əsas məqsədləri rifahın, təhlükəsizliyin və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, öncə Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin baş direktoru vəzifəsini tutub.

2012-c ildə o, Azərbaycanda Azercell şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, Teliasonera Group şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib (oxu.az).
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook