Ədliyyə Nazirliyi: İntiqam Əliyevin hər hansı ciddi xəstəliyi yoxdur

20 fevral 2015
Ədliyyə Nazirliyi: İntiqam Əliyevin hər hansı ciddi xəstəliyi yoxdurAparılan müayinələr göstərib ki, təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhətində hər hansı ciddi xəstəlik yoxdur, o cümlədən onkoloji proses mövcud deyil.

Ədliyyə Nazirliyindən "Trend"-ə verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhəti daim nəzarətdə saxlanılır.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən o, Səhiyyə Nazirliyinin qabaqcıl klinikalarında müayinə olunur, o cümlədən növbəti dəfə əlavə müayinədən fevralın 19-da Neyrocərrahiyyə Xəstəxanasında respublikanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilib, qəfəsinin kompüter tomoqrafiyası, qanına müvafiq laborator analizləri keçirilib.

Eyni zamanda, İ.Əliyevin onkoloji xəstəlikdən əziyyət çəkdiyi barədə şayiələrin yayılması ilə əlaqədar onun qan analizi götürülərkən qanında bir sıra onkomarkerlərin göstəriciləri Milli Onkologiya Mərkəzinin laboratoriyasına yoxlanılması üçün göndərilib.

Aparılan əlavə müayinələr nəticəsində İ.Əliyevdə hər hansı ciddi xəstəliyin, o cümlədən onkoloji prosesin mövcudluğu bir daha inkar edilib, ona cari ambulator müalicə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev 2014-cü il avqustun 8-də həsb edilib. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.
Xəbəriniz olsun

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

24.05.2018 - Paşinyan general Movses Akopyanı qovdu

24.05.2018 - Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

24.05.2018 - Gəncə Dövlət Universitetində məzun günü- FOTO

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

Facebook