1 dollar 1 manat 5 qəpik oldu, Bakıda dollar satışı dayandı

21 fevral 2015
1 dollar 1 manat 5 qəpik oldu, Bakıda dollar satışı dayandı Mərkəzi Bankın bu gün səhər törətdiyi “manat zəlzələsi” Bakının demək olar ki, bütün valyutadəyişmə məntəqələrinin işini dayandırması ilə nəticələnib.

Virtualaz.org saytının müxbirləri bu dəqiqələrdə paytaxtın mərkəzi küçələrində (Puşkin, 28 may, Zorge, Ü.Hacıbəyov, Dilarə Əliyeva, Bülbül və Azadlıq prospektləri və s.) onlarla valyutadəyişmə məntəqəsində olub. Ayrı-ayrı banklara məxsus bu məntəqələrin heç birində dollar satışı yoxdur. Satıcılar bunu "tərəddüddə olmaları və nəyin necə baş verdiyini hələ anlamadıqları" ilə izah ediblər. Əlavə ediblər ki, bunun müvəqqəti hal olduğuna ümid edirlər. Amma hələlik dollar alıb-satmağı da dayandırıblar. Onlar yuxarıdan - öz banklarının rəhbərliyindən komanda gözlədiklərini də vurğulayıblar.

“Bank of Baku”, “Atrabank”, Nikoilbank” və dgər banklar dollar alqı-satqısını tam dayandırıb. Onlar mübadilədən imtina ediblər.

Müxbirlərimizin verdiyi daha bir xəbərə görə isə bir neçə valyutadəyişmə məntəqəsində dollar mübadiləsnə hazır olublar. Əsasən “Unibank”a məxsus məntəqələr işləyir və dollar da alıb-satırlar. Amma bu qiymətə: alış - 1,029 manat, satış - 1,071 manat.

"BTB Bank" isə daha irəli gedərək dolların satış qiymətini qaldırıb. Belə ki, hazırda bankın filiallarında 1 dollar 1 manat 20 qəpiyə satılır.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook