Bakıda 14 "avtoş" tutuldu (FOTO)

21 fevral 2015
Bakıda 14 "avtoş" tutuldu (FOTO)Paytaxtın küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özlərinin və digərlərinin həyatına real təhlükə yaradan sürücülərə qarşı sərt tədbirlər görülür.

Savash.org-un AzərTAc-a istinadən verdiyi məlumata görə, fevral ayı ərzində Bakıda avtoxuliqanlıq edən, avtomobili sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsi olmayan və polisin qanuni saxlama işarəsinə əhəmiyyət verməyən sürücülər yol polisi əməkdaşları reydlər zamanı saxlanılıb. Saxlanılan şəxslər barəsində inzibati qaydada məsuliyyətə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin sürücülərdən 14-ü artıq həbs olunub.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə 10 sutkadan 30 sutkayadək həbs edilib. Onlardan 5-i avtoxuliqanlıq, 5-i avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb. Həmin şəxslərdən 4-ü isə polisin qanuni saxlama işarəsinə əhəmiyyət verməyərək yayınmağa çalışan, sürücülük vəsiqəsi olmayan şəxslərdir. Həmin sürücülər polis əməkdaşları tərəfindən görülmüş qabaqlayıcı tədbirlər nəticəsində məcburi dayandırılıblar.

Sürücülər dindirilərkən müxtəlif bəhanələr gətiriblər. Lakin heç bir bəhanə onları məsuliyyətdən azad etmir. Saxlanılan şəxslərin əməlləri rayon məhkəmələrinin qərarları ilə tam araşdırılıb və onların yol hərəkəti qaydalarını kobud şəkildə pozduqları sübuta yetirilib.

Məhkəmə proseslərində paytaxtda quraşdırılan kameralarda qeydə alınan görüntülərdən də istifadə olunub.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook