Zəhərli toyuq işi böyüdü: videonu kim yayıb?

21 fevral 2015
Zəhərli toyuq işi böyüdü: videonu kim yayıb?“Ölkə iqtisadiyyatının inkişafına kölgə salmaq istəyənlər bu cür təxribat xarakterli videolar yayırlar. Bu mənbəyi bilinməyən xəbərlər istehlakçılar arasında çaşqınlıq yaratmaqla yanaşı, quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirir”.

Savash.org xəbər verir ki, bu sözləri “Azərbaycan Quşçuluq Cəmiyyəti”nin sədri Aydın Vəliyev deyib. O, “Kaspi”yə geniş müsahibəsində son günlər videosu yayılan süni şişirdilmiş toyuqlarla bağlı yaranmış ajiotajdan danışıb. A.Vəliyev deyib ki, quşçuluq təsərrüfatlarında saxlanılan toyuqlar ətlik cinsdəndir:

“Yəni bu növlər kökəlməyə meyllidirlər. Yenidən həmin toyuqların iynə vurularaq kökəldilməsi nəyə lazımdır ki? Onsuz da iki gün artıq saxladıqda toyuqlar istənilən çəkini verir. Quşçular məgər millətin düşmənidir? Bütün respublika üzrə quşçuluq sahəsində 30 min insan çalışır və onlar da iş yerlərində gündə bir dəfə həmin toyuqlarla qidalanırlar. İndiyədək quş təsərrüfatının işçilərindən heç biri xəstələnməyib. Çünki toyuq əti insan orqanizmi üçün ən münasib və vitaminli qidadır”.

A.Vəliyev vurğulayıb ki, videogörüntü ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib:

“Bu videogörüntüləri çəkənlər və yayanlar tapılıb ictimaiyyətə açıqlanacaq. Lakin belə bir fikir də var ki, bu görüntülər bizim ölkədə çəkilməyib. Başqa ölkədə çəkilərək sonradan videoya səs effekti verilib. Çünki bu işlə məşğul olmaq cinayətdir və heç kim bunu çəkib yaymaq istəməz”.

Xatırladaq ki, video-görüntünün montaj olduğu barədə mütəxəsis rəyi və yaxud ekspert açıqlaması yoxdur. Hələlik, videonun orijinal olduğuna şübhə edilmir.
Xəbəriniz olsun

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

Facebook